Prandelli millimizdən danışdı - MÜSAHİBƏ

23.02.2014 | 4973 dəfə oxunub

“Avro-2016”nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli püşkatma ilə bağlı fikirlərini bildirib. Stadium.az xəbər verir ki,  Qrupumuz asan deyil. “Əvvəlcə ona görə ki, iştirakçıların tərkibi bərabərdir”, deyə Prandelli sözə başlayıb.

- Komandanızı favorit hesab etmirsiniz?

- Bizdən başa daha bir komanda var ki, DÇ-də oynayacaq. Bu, Xorvatiyadır. Həmçinin, DÇ-dən sonra yığmamızda hansı dəyişikliklərin baş verəcəyi məlum deyil.

- Çox oyunçularınız karyerasını bitirə bilər?

- Bəli, bizim yaşılı futbolçularımız var. Həm də DÇ-dən sonra yığmanın baş məşqçisinin kimliyi məlum deyil ki, komandanı təsnifat mərhələsinə kim hazırlayacaq. Bütün bunlardan yalnız xorvatlar yararlanmayacaq.

- Daha kim?

- Norveç, Bolqarıstan, Azərbaycan.

- Yəni, siz Azərbaycan yığmasını qrupdan çıxmağa əsas namizədlərdən biri qismində görürsünüz?

- Bu komanda səs-küy qopara bilər. Bunu əbəs yerə demirəm, belə ki, yığmanız haqda az-çox bilirəm.

- Məsələn?

- Sizin yaxşı futbolçularınız var. Bundan başqa, indi İtaliya yığması Azərbaycan millisi ilə oyuna hazır deyil.

- Nə üçün?

- Çünki mən həmişə oynayacağımız bütün rəqibləri diqqətlə öyrənirəm. Hər oyunçunu, hər xətti, hər təfsilatı.

- Son təsnifat mərhələsində Ermənistan yığmasına qarşı oynamışdınız. Necə düşünürsünüz, Azərbaycan komandasına qarşı da belə çətin olacaq?

- Mən əminəm ki, Azərbaycan millisi Ermənistan yığmasından zəif deyil. Ən azı, İtaliya yığmasına Bakıda İrəvandan asan olmayacaq. Ümumiyyətlə, Qafqaz komandaları ilə oynamaq çətindir. Biz axı gürcülərlə də eyni qrupa düşmüşük. Qafqaz yığmaları çox özünəməxsusdur.

azerisport.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail