"İkinci qolu vurub, qələbə qazanmaq istəyirdik" AÇIQLAMA

23.02.2014 | 5085 dəfə oxunub

"Gərgin oyun getdi. Pis başlamadıq oyuna. Amma sonradan elə bil ki, bir az sıxılmağa başladıq. Yəni tez açılışa bilmədik. Amma sonradan özümüzə gəldik. Qol buraxmağımıza baxmayaraq, hesabı tez bərabərləşdirdik. Onların da, bizim də qol vurmaq imkanımız oldu. Ümumi götürəndə, yaxşı keçdi matç". Bu sözləri Stadium.az-a açıqlamasında "İnter"in gənc üzvü İlqar Ələkbərov deyib. Gənc oyunçu hücum etmələrinə rəğmən, sonluğun çatışmadığını vurğulayıb: "Hər şey var idi. Bircə qol yox idi. Hücum qururduq, son nöqtəni qoya bilmirdik. 1:1-dən sonra da aqressiv idik. Tez qol vurub, matçı qalib başa vurmaq istəyirdik. Amma alınmadı".

İkinci hissədə meydana çıxan İlqar Kaxaber Sxadadzenin ona hansı tapşırıq verdiyini də söyləyib: "Kaxaber Sxadadze məni oyuna buraxanda öz işimi görməyi tapşırdı. Topu alıb, komanda yoldaşlarıma paylamalıydım. Mən də çalışırdım ki, dediyi kimi edəm".

Ələkbərov qışdan sonra "İnter"İn daha yaxşı vəziyyətdə olduğunu bildiri: “Bakı” da güclü idi. Sadəcə bizim öz hücumlarımızın axırı olmurdu. Amma hər halda Türkiyə toplanışından sonra daha yaxşı vəziyyətdəyik. Qışda alınan oyunçular da komandaya tez öyrəşdilər. Bundan da yaxşı olacağımıza inanıram". Gənc yarımmüdafiəçi sonda əsas heyətdə olmamasına aydınlıq gətirdi: "Türkiyədəki təlim-məşq toplanışında zədə almışam. Bir az zədəliyəm deyə, əsas heyətdə yoxam. İndi tam hazır hiss edə bilmirəm özümü. İnşallah məşqçi qarşıdakı oyunlarda şans versə, əsas heyətdə olacam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail