"Neftçi"nin uduzmasına sevindik" MÜSAHİBƏ

23.02.2014 | 7093 dəfə oxunub


"İnter"in gürcü müdafiəçisi Laşa Salukvadze Stadium.az-a müsahibə verib.

- Oyun haqda hansı fikirdəsən?

- Pis oynamadıq. Əsas odur ki, məğlub durumda olsaq da, hesabı bərabərləşdirdik. Bu komandanın xarakterinin nümunəsidi.

- Hər halda qol vurmaq üçün də şanslarınız var idi.

- Düzdü, qol vurmaq üçün şanslarımız oldu. Sadəcə sonluq olmadı. Buna səbəb də, bir az yorğunçuluq idi. Üç gün əvvəl “Neftçi” ilə oynamışdıq. Bu dəfə isə “Bakı” kimi güclü rəqibə qarşı oynadıq. Hamısı güc tələb edir. Düşünmürəm ki, “Bakı” ilə 1:1 oynamağımızın pis nəticə sayıla.

- Fasilədə Kaxaber Sxadadze sizə nə dedi ki, ikinci hissədə meydanda daha aqressiv “İnter” var idi?

- Kaxa dedi ki, öz meydançamızda oynayırıq. Üç xal bizim üçün önəmlidi. Amma qazana bilmədik. Eybi olmaz.

- İlk iki dövrədə (1:0, 2:2) “Bakı”ya uduzmamışdınız. Həmin oyunlarla budəfəkini müqayisə etmək olar?

- Dəyişən bir şey yox idi. Çünki “Bakı”nın heyətində elə bir dəyişiklik olmamışdı.

- Kaxaber Sxadadze hər zaman mərkəz müdafiəçilərindən narazılıq edirdi. Yohan Bokoqnonun gəlişindən sonra deyəsən, işlər qaydasındadı…

- Hər şey yaxşıdı.

- Sənin üçün necə, Bokoqnonla yan-yana oynamaq rahatdı, yoxsa Brüs Abdullaye ilə?

- Brüs də yaxşı müdafiəçidi, "Boko" da. Müdafiədə yaxşı oynayırıq, amma yenə də qollar buraxırıq. Ona görə gərək müdafiədə hələ daha diqqətli oynayaq.

- Zədən ciddidi?

- Yox indi yaxşıdı. Oyun epizodunda yüngül zədə aldım.

- "Neftçi"nin məğlub olmasından xəbərdarsan?

- Bəli, xəbərim oldu.

- Nə düşünürsən?

- Təbii ki, “Neftçi”nin uduzması bizim üçün yaxşı oldu. Amma biz “Neftçi”nin oyununa deyil, öz oyunumuza fikir veririk. Amma yenə də deyim ki, "Neftçi"nin uduzmasına sevindik.

- Bundan sonra “İnter”in çempion olacağını gözləmək ağılsızlıq olardı?

- Niyə ki? Hələ qarşıda 14 tur var. Şans hər zaman var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail