Anar Salmanov: "Hakimlər Komitəsini başa düşə bilmirəm"

25.02.2014 | 8819 dəfə oxunub

Ötən mövsüm “Neftçi” – “Qarabağ” oyununda ikincilərin əleyhinə verdiyi haqsız penalti qərarından sonra cəzalandırıldan FİFA referisi Anar Salmanov deyəsən, Hakimlər Komitəsidən hələ də bəraət ala bilməyib. Hakimlərin Antalya toplanışı çərçivəsində Xaqani Məmmədovla söhbət zamanı komitə sədri Salmanovun 3-cü dövrədə yenidən Premyer Liqa oyunların təyinat ala biləcəyini bildirmişdi. Artıq bu gün 3-cü dövrənin 5-ci turu oynanılacaq. Amma Anar Salmanov hələ də vaxtını 1-ci Divizionda keçirməklə məşğuldur. Onun əsas dəstə oyunlarına göndərilməməsi əslində Hakimlər Komitəsinin səlahiyyətləri daxilindədir və buna qarışmaq haqqımız yoxdur. Sadəcə, bir məqam bu məsələyə diqqət ayırmağımıza səbəb olur. Axı, bayaq da qeyd etdiyimiz kimi Salmanov FİFA referisidir və bu il UEFA tərəfindən Avroturnirlərə təyinat ala biləcəyi gözlənilir. Aşağı liqada hakimlik edən birinin birdən-birə Avropada daha səviyyəli komandaların oyunlarına təyinat alması isə sonda onun idarəçiliyinə təsirsiz ötüşməyəcək. Bu məqsədlə Anar Salmanovla əlaqə saxlayıb bəzi məqamlara aydınlıq gətirməyə çalışdım. Yanvarda Antalyada keçirilən təlim-məşq toplanışı zamanı özünü yaxşı tərəfdən göstərə bildiyini deyən həmsöhbətimiz hələ də nəyə görə Premyer Liqa oyunlarına təyinat ala bilməməsinin səbəblərini özü də bilmir: “Toplanışda həmişə yüksək səviyyəli komandaların oyununu idarə etmişdim. Özü də istəlinən səviyyədə. Ən çox tələbat duyulan hakimlərdən biri idim. Hazırlıq prosesini yüksək səviyyədə keçsəm də, hələ də Premyer Liqa oyunlarına təyinat vermirlər. Bunun səbəbini heç özüm də bilmirəm. Yenə məsləhət Hakimlər Komitəsinindir və qərarlarına hörmətlə yanaşıram. Yəqin ki, uyğun bildikləri vaxt təyinat alacam. Formaya gəlincə, hazırda özümü “top” kimi hiss edirəm və istənilən oyunu idarə etməyə hazıram”.

Hazırda 1-ci Divizionda hakimlik edən Anar Salmanov aşağı dəstədə oyunların səviyyəsinin Premyer Liqa ilə müqayisədə daha aşağı olmasından və bu üzdən oyun praktikasını itirə biləcəyindən ehtiyatlandığını da bildirdi. “Premyer Liqa oyunlarına təyinat olmayacağı təqdirdə UEFA sizə etimad göstərməyə bilərmi” sualını müsahibimiz belə cavablandırdı. “Əgər UEFA hər bir hakimin oyununu izləyirsə, onda yəqin ki təyinat verməyə bilər. Hər halda aşağı dəstədə hakimlik edən birisinə daha səviyyəli oyun verməyə ehtiyat edə bilərlər. Təbii ki, nəzarət varsa bu, mənim ziyanıma olacaq”.

"Het Trik news"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail