"Bu dəfə də yaxşı mübarizə apardıq"

25.02.2014 | 3705 dəfə oxunub

“Azərbaycan millisi Türkiyəyə təlim-məşq toplanışı keçməyə gəlmişdi. Biz də bundan istifadə edib onlarla 2 yoxlama oyunu keçirdik”. Stadium.az xəbər verir ki, bu sözləri 19 yaşadək qızlardan ibarət Türkiyə millisinin baş məşqçisi Tələt Tuncel deyib.

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığması ilə 2-ci yoxlama oyunu haqda fikirlərini açıqlayan türkiyəli çalışdırıcı 1:0 hesabı ilə qalib gəlmələrindən məmnun qalıb: “İlk görüşdə 0:1 hesabı ilə məğlub olmuşduq. Həmin görüşdə üstünlüyə malik idik. Lakin rəqibi təzyiq altında saxlasaq da son dəqiqələrdə buraxdığımız qolla uduzduq. Bu dəfə də yaxşı mübarizə apardıq. Qol vurmaqda çətinlik çəkirdik. Amma penaltidən də olsa, qol vurub qalib gələ bildik. Futbolçularımızı təbrik edirəm. Qarşıda bizi turnirlər gözləyir. Avropa çempionatının seçmə mərhələsində də oynayacağıq. Həmin sınaqlara hazırlaşırıq”. Qeyd edək ki, Antalyada Azərbaycan və Türkiyə yığmaları arasında hər iki oyun 1:0 hesabı ilə başa çatıb. İlk oyunda millimiz, ikinci matçda isə meydan sahibləri qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail