"Heç bir komanda Bakıdan rahat xal apara bilməyəcək" MÜSAHİBƏ

25.02.2014 | 3635 dəfə oxunub

Milli komandamızın dəfələrlə formasını geyinmiş, hazırda isə "Neftçi"də məşqçi kimi fəaliyyət göstərən Samir Əliyev Stadium.az-a müsahibə verib. 

Samir, AÇ-2016-da yer aldığımız qrupdaki vəziyyətimiz necə olacaq?

- Rəqiblərin hamısı güclüdü. Favoritlərsə təbii ki, İtaliya və Xorvatiyadı. Fikrimcə asan qrupa düşməmişik.

İtaliya və Xorvatiyanın ilk iki yeri tutacağı inandırıcıdı. Mütəxəssislərimiz düşünürlər ki, üçüncü yer uğrunda Norveç, Bolqarıstan və Malta ilə mübarizə aparmaq olar. Sən necə fikirləşirsən?

- Bolqarıstan və Norveç də kifayət qədər güclüdü. Onlarla mübarizə aparmaq üçün gərək kifayət qədər hazırlıqlı olasan. Mümkünsüz heç nə yoxdu.

- Bəs Malta haqda hansı fikirdəsən?

- Malta son pillədə olmamaq üçün vuruşacaq. Amma düşünürəm ki, heç bir komanda Bakıdan rahat xal apara bilməyəcək.

- Nəyə əsaslanıb belə deyirsən?

- İtaliya və Xorvatiyanın səviyyəsi göz qabağındadı. Götürək xorvatları, oyunçuları “Real”və “Bavariya” kimi klublarda oynayır. Norveç və Bolqarıstan milliləri də onlardan geri qalmır. Hər halda yaşayarıq, görərik hər şeyi.

- Bakıda millimizin bu qədər inamlı oynayacağına bu qədər inanırsan?

- Əlbəttə ki, bu gün millimizin qarşısında duran üçüncü yer vəzifəsi bir az çətin məsələdi. Amma unutmayaq ki, ən azından Türkiyə və Rusiya milliləri Bakıdan demək olar ki, əliboş dönüblər. İsrail və Finlandiya kimi rəqiblərdən danışmıram. Güclü komandalar da Bakıda büdrəyib. Məncə, bunu təkrarlaya bilərik.

- Yəqin ki, İtaliya ilə Bakıda keçiriləcək görüşdə anşlaq olacaq. 2002-ci ildə Bakıda keçirilən Azərbaycan-İtaliya matçında sən də iştirak edirdin. Çox yaxşı oynamışdıq. Amma sonda qalib gələn tərəf italyanlar idi. Necə xatırlayırsan həmin oyunu?

- Təbii ki, xatırlayıram. Həmin matçda yaxşı oynamışdıq. Maraqlı da oyun alınmışdı. İtaliya yığmasının son illərdə qızıl heyəti idi. Hansıki Avropa Çempionu da oldular. Çox güclü İtaliya qarşısında oynamışdıq. Amma uduzduq sonda. Məğlub olmağımıza baxmayaraq oyundan sonra azarkeşlər bizi alqışlayırdı.

- Səncə, indiki millimizdən İtaliya qarşısında sürpriz nəticə gözləmək olar?

- Əlbəttə ki, bu çətin məsələdi. Ancaq mümkünsüz heç nə yoxdu. Futbol elə sürprizlərlə dolu olduğuna görə, maraqlı oyundu.

- Düzdü, futbol kağız üzərində oynanılmır. Amma hər halda necə düşünürsən, millimiz qrupu neçənci pillədə başa vurar?

- Beşinci pillədə. Çalışıb bütün komandalardan xal götürməliyik. Ancaq bunlar kağız üzərindədi. Çalışıb daha yaxşı nəticə vermək lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail