"Xəzər Lənkəran" 3 futbolçusu olmadan məşq etdi

26.02.2014 | 4349 dəfə oxunub

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində fevralın 28-də “Fırtınalar meydanı”nda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarına start verib. Stadium.az xəbər verir ki, Cənub təmsilçisi bu gün stadionun ehtiyat meydançasında məşqə çıxıb.

 Bakıda müalicədə olan Rasim Ramaldanov və Rahid Əmirquliyevlə yanaşı digər zədəli futbolçu Mbilla Etame də hazırlıq prosesinə qatılmayıb. Əvəzində isə əvəzedicilərdən əsas heyətə qaytarılan Elnur Cəfərov və Ağabala Ramazanov məşqdə iştirak ediblər.

 Xatırladaq  ki, XX turda Lənkəranda keçirilən “Neftçi” matçında qırmızı vərəqə alaraq meydandan qovulan və AFFA Nizam-İntizam komitəsinin qərarı ilə 3-oyunluq cəzalandırılan Ramazanovun cəza müddəti artıq başa çatıb. Gənc futbolçunun “İnter”lə matçda meydana çıxmaq şansı yaranıb.

“Xəzər Lənkəran”ın növbəti məşqi fevralın sabah səhər saat 11:00-da stadionun ehtiyat meydançasında baş tutacaq. Hazırlıq prosesindən öncə isə komandanın qısa toplantısı keçiriləcək və Xocalı faciəsi anılacaq. Toplantı zamanı əsasən legionerlərə (xüsusən də komandaya qış fasiləsində qoşulan legioner futbolçulara) Xocalı soyqırımı haqqında ətraflı məlumat veriləcək.

Mənbə: 12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail