Millimizin çalışdırıcısı "Atletiko" ilə oyun haqda nə dedi?

26.02.2014 | 3622 dəfə oxunub

"Bu toplanışda ikinci oyunumuzu keçirdik. İlk oyunda yaşca özümüzdən böyüklərlə qarşılaşdıq. Uduzmağımıza baxmayaraq, pis oynamadıq, sona qədər mübarizə apardıq". Stadium.az-ın məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov "Atletiko" (Madrid) klubu ilə yoldaşlıq görüşündən sonra deyib.

AFFA-nın rəsmi saytına danışan T.Həsənov komandadan razı qaldığını bildirib: "Həmyaşıdlarımıza qarşı keçirdiyimiz bu oyunda isə fərqli tapşırıqlar vermişdim. 1:1 hesablı heç-heçəyə baxmayaraq, komandadan tam razı qalmadım. Amma bu da təbiidir. Çünki bu komanda ilə beynəlxalq səviyyəli ilk oyunumuzu keçirirdik. Belə oyunların sayı çox olsa, uşaqlar sürətli oyuna tez alışacaqlar". Qeyd edək ki, millimiz "Atletiko" ilə 1:1 bərabərə qalıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail