"Qəbələ" "Simurq"la oyuna itkilərlə hazırlaşır

26.02.2014 | 2749 dəfə oxunub

Topaz Premyer Liqanın XXIV turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşacaq "Qəbələ" klubu bu gün doğma məkanda oyunöncəsi son məşqinə çıxıb. Stadium.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqdən öncə klubun vitse-prezidenti Fariz Nəcəfov komandanın futbolçu, məşqçi və texniki heyətini Xocalı Soyqırımı barədə ətraflı məlumatlandırıb, onlara bu günün Azərbaycan xalqının həyatında tutduğu önəmli yerdən bəhs edib.   

Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə zədəsi olan Rafael Santos və Omar Kalabane yer almayıb. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub. "Qırmızı-qaralar" sabah səhər saatlarında Qəbələni tərk edəcək. Komandanın matçöncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Zaqatala şəhər stadionunda sabah baş tutacaq. Xatırladaq ki, "Qəbələ" "Simurq"la fevralın 28-də, saat 15:00-da üz-üzə gələcək. Oyun "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail