"Bakı" hazırlıqlarına davam etdirir FOTO

27.02.2014 | 2579 dəfə oxunub

Topaz Premyer Liqanın 24-cü turunda sabah “Sumqayıt”la qarşılaşacaq "Bakı" oyunöncəsi son məşqinə çıxıb.

Stadium.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, saat 11:20-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Əyləncəli əltopu oynayan futbolçular ardınca məşqin çox hissəsini “kvadrat”a ayırıb. Qısa məsafələrə sürətli qaçış tapşırığını da icra edən komandanın üzvləri sonda ikitərəfli oyun keçirib. Rəmzi olaraq “göylər” və “sarılar”ın mübarizəsi 2:2 hesabı ilə bitib.

Qeyd edək ki, dünənki məşqdə yenidən zədələnən Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. Müalicəsi yekunlaşan Cavid Hüseynov isə sıraya dönüb. Ayağında yüngül ağrılar olan Deyvidas Çesnauskis və Rauf Əliyev yüngül qaçış və dartınma hərəkətləri ilə kifayətlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail