"Qəbələ" "Simurq" la 25-ci matçına çıxacaq

27.02.2014 | 3684 dəfə oxunub

Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində keçiriləcək Topaz Premyer Liqasının XXIV turunda “Qəbələ” “Simurq”la qarşılaşacaq. Stadium.az klubun saytına istinadən xəbər verir ki, öz aralarında yubiley – 25-ci matça çıxacaq rəqiblər indiyədək I dəstə, Premyer Liqa və kubok yarışlarında qüvvələrini sınayıb. Keçirilən 24 matçda “qırmızı-qaralar” daha çox qələbə qazanıb. Hesabında 10 qələbə və 6 heç-heçəsi olan Qəbələ təmsilçisi 8 qarşılaşmadan məğlub ayrılıb. Qələbə sayındakı üstünlük top fərqində də əksini tapıb – 27:21.

Aşağı dəstədəki hər iki matçda qələbə qazanan (2:0, 3:1) “qırmızı-qaralar” kubokda səfər qolu hesabına üstünlük əldə edib – 1:0, 1:2. Premyer Liqadakı 20 görüşdə isə komandalar eyni sayda qələbə əldə edib. Burada hərəyə 7 qələbəsi olan rəqiblər 6 dəfə bərabərliklə kifayətlənib. “Qəbələ”nin 20 qoluna “Simurq” 18 topla cavab verib.

“Simurq”un meydanındakı oyunlarda isə ev sahibləri üstündür. 12 oyunda 5 qələbə qazanıb 4 heç-heçə edən Zaqatala təmsilçisi 3 dəfə uduzub. Meydan sahiblərinin 13 qol vurduğu görüşlərdə qonaqlar 10 dəfə fərqlənib.

“Simurq”un qapısına vurulan 27 qola 23 oyunçu imza atıb. Yalnız “Qəbələ”nin heyətində dubla imza atanlar Deon Bartonla Daniel Subotiç, həmçinin Kristian Torres hərəyə 2 dəfə fərqlənib. Əvvəlki 24 qarşılaşmada hər komanda 1 dəfə öz qapısına qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail