24-cü turdan STATİSTİK məqamlar - Orxan Sadıqlınının qapısında gördüyü 50-ci top

03.03.2014 | 3901 dəfə oxunub

Bu tur “Çempionatın 100 ən çox oyun keçirən futbolçuları”ndan 11-i meydanda olub. Onlardan Cəmşid Məhərrəmov daha çox  - 3 pillə irəliləyə bilib:

13.(13).Rəşad Abdullayev (AZAL) - 298

19.(19).Rəşad Sadiqov (“Neftçi” ) - 283

34.(34).Vüqar Nadirov (“Qarabağ”) - 256  

55.(55).Rəşad Sadıqov (“Qarabağ”) - 237

56.(56).Elnur Allahverdiyev (“Qəbələ”) - 237         

57.(57).Elnur Abdullayev (“Xəzər Lənkəran”) - 237

64.(65).Aleksandr Çertoqanov (“Sumqayıt”) - 231

66.(69).Cəmşid Məhərrəmov (“Rəvan”) - 227

72.(74).Namiq Yusifov (“Qarabağ”) - 223

78.(78). Ruslan Əmircanov (“İnter”) - 221

90.(90).Ramazan Abbasov (“Rəvan”) - 211

Qeyd: Sıra sayındakı ilk rəqəm futbolçunun hazırkı, mötərizədə göstərilən isə əvvəlki yeridir.

“100 ən çox qol vuran futbolçular”dan yalnız Baçana Sxadadze  fərqlənib. O, penalti ilə qol vuraraq, 2 pillə önə keçib:

98.(100).Baçana Sxadadze (“İnter”) - 24 oyun

“Daha çox oyunda qol buraxmayan 100 qapıçılar” siyahısında 4 qapıçı fərqlənib. Bunlardan Pavel Kapsa 5 pillə önə keçib. Aqil Məmmədov isə cədvəlin yeni sakinidir:

11.(11).Kamran Ağayev (“Qəbələ”) - 77oyun

52.(54).Kamal Bayramov (“Rəvan”) - 17

66.(71).Pavel Kapsa (“Simurq”) - 12

100.(-).Aqil Məmmədov (“Bakı”)     - 5

“Neftçi” – “Qarabağ” oyununda Mahir Şükürov Premyer Liqada 200, Flavio Aleks Valensio 100-cü oyununu keçirdi.

“Simurq” – “Qəbələ” oyununda Anderson Oliveyra, “Bakı” - “Sumqayıt” oyununda Rəhman Hacıyev və Məhəmməd Mirzəbəyov Premyer Liqada 50-ci oyununa çıxdı.

“Xəzər Lənkəran” – “İnter” oyununda Baçana Sxadadzenin penalti ilə vurduğu qol, Orxan Sadıqlınının qapısında gördüyü 50-ci top oldu.

“Əvəzlənmədən ardıcıl oyun keçirən futbolçular” siyahısında lider dəyişdi.  74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulan Lukaş Sapela cədvəldən də kənarlaşdı. Bundan əlavə,  Araz Abdullayev də meydana çıxmadığından, o da qıraqda qaldı. Cədvələ isə 2 nəfər əlavə olunaraq, əvvəl olduğu kimi, futbolçu sayını qoruya bildi:

1.(1).Yure Travuer (“Bakı”) - 24 oyun

2.(2).Luis Paulo Hilario (“Qəbələ”) - 13

3.(3).Bədəvi Hüseynov (“Qarabağ”) - 12

4.(4).İdan Vaytsman (“Simurq”) - 12

5.(5).İbrahim Sehiç (“Qarabağ”) - 11

6.(6).Oskars Klava (AZAL) - 11

7.(-).Saşa Stamenkoviç (“Neftçi”) - 10

8.(-).Aranjo Santos (“Bakı”) - 10

9.(-).Orxan Sadıqlı (“Xəzər-Lənkəran”) -10

Bu tur fariz Yusifov və Rauf Cabbarov oyun idarə etməyib. Onları Vüsal Əliyev və Orxan Məmmədov əvəzləyib. Cari mövsümdə ən çox təyinat alan hakimlərin ilk 5-liyi belədir:    

1.(4).Əliyar Ağayev - 21

2.(3).Rəhim Həsənov - 20

3.(2).Vüsal Əliyev -15

4.(7).Orxan Məmmədov -15

5.(6).Elvin Əsgərov -6

Turun yubilayarı: Mahir Şükürov - “Qarabağ”la qarşılaşmada 200-cü oyununa çıxıb.

Rasim ƏLİYEV

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail