"Bavariya"da oynayıb AZAL-a gəldi FOTO

03.03.2014 | 3691 dəfə oxunub

AZAL-ın düşərgəsinə daha bir futbolçu qoşulub. Stadium.az xəbər verir ki, bu, hollandiyalı hücumçu Boy Deuldur.

Bu barədə AZAL-ın baş məşqçisi Vaqif Sadıqov məlumat verib: “Bildiyiniz kimi, qış fasiləsində baxışdan keçirdiyimiz Hardi Pintu əvvəlcə düşərgəmizə gəlmişdi. İndi isə Belçikanın aşağı dəstə klubu olan “Antverpen”dən daha bir hücumçu komandamıza qoşulub. Bunu ilk dəfə sizə deyirəm. Boy Deul sağ və sol cinahlarda oynaya bilir. Ancaq onun əsl mövqeyi mərkəzdir. Onu 2-ci forvard, daha dəqiq desək, hücumçu arxası oynatmaq niyyətim var. Hardi isə sırf mərkəz hücumçusudur. Hələ 2 gündür ki, məşq keçməmişik. Bugündən məşqlərə start verəcəyik. Hər 2 oyunçu məhz bu 1 həftə ərzində baxışdan keçiriləcək. Bizi gücləndirəcəyimizi düşünsək, müqavilə bağlayacağıq”.

İndi isə Boy Deulu qiyabi tanıyaq. 1987-ci ilin avqustun 30-da Niderlandın paytaxtı Amsterdamda anadan olan Deul əslən Antil adalarındandır. O, “Antverpen”ə qədər Hollandiyanın “Volendam”, “Villem II” və “Vendam” klublarında çıxış edib. Deul 2010-2012-ci illər ərzində “Bavariya”nın 2-ci komandasında da top qovub. Lakin onun çıxış etdiyi vaxt komandası 3-cü liqadan Regionalliqaya yuvarlanıb. Boy ötən il iyunun 24-də “Çelsi”nin sabiq hücumçusu Cimmi Floyd Hasselbaynkın çalışdırdığı “Antverpen”ə keçsə də, debüt etməyərək bu komandanı erkən tərk edib. Deul 2009-cu ildə Antil və 2010-cu ildə Kurasao yığmasından təklif alsa da, debüt etməyib. Qeyd edək ki, hazırda Hollandiyanı təmsil edən Lorentso Ebesilio “Qəbələ”, Melvin Platye “Neftçi” və Leroy Corc “Qarabağ”da çıxış edir. Əvvəllər isə Stiv Olfers və Kollinz Con “Qəbələ”nin şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail