"Neftçi"yə qarşı bu cür haqsızlıq olursa, transferlərə nə ehtiyac var?" Sadıq Sadıqov da Ramin Musayevə "ismarıc" yolladı

03.03.2014 | 4638 dəfə oxunub

"Neftçi" Premyer Liqada 5 turdu qələbəyə həsrətdi. Ölkə çempionatının son turunda növbəti zərbəni "Qarabağ"dan alan paytaxt klubunda vəziyyət heç də ürəkaçan deyil.Lider Ağdam klubundan hazırda 10 xal geridə olan "ağ-qaralar" çempionluq mübarizəsindən kənarda qalmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu vəziyyət komandada hamıdan çox prezident Sadıq Sadıqovu üzüb."Qarabağ"la oyundan sonra klub rəhbərinə yaxınlaşıb, fikirlərini öyrənməyə çalışdıq. Sadıqov "Neftçi"yə qarşı haqsızlıq olduğunu dedi: "Hamı "Neftçi"nin transfer etməməsindən danışır. Niyə? "Xəzər Lənkəran"la oyunda neçə oyunçumuz meydandan qovuldu. O futbolçular həmin turdan etibarən oynasaydılar, komanda bu günə düşməzdi. "Neftçi"yə qarşı bu cür haqsızlıq olursa, transferlərə nə ehtiyac var? O qədər pul xərcləyib futbolçu almağın nə mənası var? Artıq "Neftçi"ni çempionluq mübarizəsində tam dayandırdılar. Hər şey göz qabağındadı. "Qarabağ" qələbəsini ilk hissədə qazanırdı. Araz Abdullayevi haqsız yerə meydandan qovmaqla niyə bu cür söz-söhbətlərin yaranmasına, futbolçular arasında münasibətlərin pozulmasına səbəb olurlar? Elə suallar var ki, PFL prezidenti Ramin Musayevə ünvanlanmalıdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail