5 futbolçu "Xəzər Lənkəran"dan ayrı qalıb

04.03.2014 | 4176 dəfə oxunub

Artıq iki gündür ki, paytaxtda məskunlaşan “Xəzər Lənkəran” klubu “Rəvan”la qarşılaşmanın hazırlığına start verib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda respublika stadionunun süni örtüklü meydançasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. 

Bir müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanov, Rahid Əmirquliyev, Etame Mbilla və Adrian Skarlatake komandaya qoşularaq fərdi məşqlərlə kifayətlənirsə, braziliyalı yarımmüdafiəçi Deyvid Sakkoni  zədə ucbatından hələlik hazırlıqdan kənarda qalıb.
 
O cümlədən milli komandaların toplanışı ilə əlaqədar Elnur Cəfərov (U-19), Ağabala Ramazanov (U-21) və Dejan Blajevski (Makedoniya millisi) “Xəzər Lənkəran”dan ayrı düşüblər. Bakıda hazırlığını davam etdirən komanda mart ayının 7-də matçın keçiriləcəyi “Bayıl Arena”da oyunöncəsi son məşqini keçirəcək.

Topaz Premyer Liqanın XXV turunun “Rəvan” - “Xəzər Lənkəran” görüşü martın 8-də, saat 15:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail