Flavinyo: "Sevinirəm ki, “Neftçi” kimi bir komandanın tarixinə düşmüşəm"

04.03.2014 | 3969 dəfə oxunub

“Neftçi” klubunun futbolçusu Flavinyonun komandanın heyətində keçirdiyi oyunların sayı 100-ə çatıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu nəticə ilə braziliyalı yarımmüdafiəçi “Neftçi”də 100 matç keçirən ilk legioner kimi tarixə düşüb. 

Daha iki oyunda meydana çıxacağı təqdirdə Flavinyo Azərbaycan çempionatları tarixində bir komandanın heyətində ən çox oyun keçirmiş legioner kimi rekorda imza atacaq. Futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: “Belə bir rekordun sahibi olmaq əlbəttə ki, çox xoşdur. Sevinirəm ki, “Neftçi” kimi bir komandanın tarixinə düşmüşəm. “Neftçi”də 4-cü mövsümdür ki, çıxış edirəm və bu vaxta kimi 3 çempionluq, 1 dəfə ölkə kubokunu və ən əsası Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. Bu uğurlarda pay sahibi olmaq qürurvericidir. İnanıram ki, bu nailiyyətlərin davamı gələcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail