"Las Palmas" və "Bari"dən imtina edib "Rəvan"a gəldim" MÜSAHİBƏ

05.03.2014 | 4063 dəfə oxunub

"Rəvan"ın yeni transferi Kamil Kopunek müsahibə verib

- “Rəvan”a gəlişin necə alındı?
- İki gün öncə gəldim. Menecerim “Rəvan”la əlaqəyə girdi və danışıqlar getdi. Sonradan Bəhruz Şirəliyevlə danışdıq və danışığımız uğurlu alındı. Ona görə də gəlməyə razılıq verdim.

- Bu komanda haqda hansı bilgiyə malik idin?

- “Rəvan”a gələcəyimi biləndə, internet vasitəsilə komandanın oyunlarını izlədim. Məndə heç də pis təəssürat oyatmadı. Oyunları xoşuma gəldi və gəlməyə qərar verdim.

- Hansı məqsəd üçün gəlmisən?

- Komandaya kömək etmək istəyirəm.

- Son komandan “Slovan” olub?

- Bəli, son olaraq “Slovan”da oynadım. Müqaviləmi qarşılıqlı razılıq əsasında pozdum.

- “Spartak”, “Saturn”, “Bari” kimi klublarda oynamısan. Bu illər ərzində Azərbaycana gəlmisən?
- Hə, 1 dəfə.

- Doğrudan? Nə vaxt?
- “Spartak”da heyətində “İnter”lə qarşılaşmışam. 2008/2009 mövsümündə Avroliqanın təsnifat mərhələsində.

- Necə xatırlayırsan həmin oyunu?
- Çox da yadıma gəlmir. Sadəcə bir qolu xatırlayıram. O da Trnavada “İnter”li oyunçunun bizə akrobatik zərbə ilə qol vurmasını. Qalan çox şey yadımda deyil.

- Rusiya Premyer Liqasıda və İtaliya A seriyasında oynamış oyunçusan. Bura gəlməyə səni nə vadar etdi?
- Özümü yeni aəlmədə sınamaq istədim. Çünki Azərbaycan mənə maraqlı gəlir.

- “Rəvan”dan savayı, digər klublardan təklif almışdın?
- Dörd rəsmi təklif almışdım. “Las Palmas”, “Mirandes”(hər ikisi İspaniya), “Rux”(Polşa) məni heyətində görmək istəyirdi. Bunlarla yanaşı, “Bari” də məni geri çağırırdı.

- Deməli, bu cür klublardan imtina etdin ki, “Rəvan”a gələsən?

- Bəli. “Rəvan”ın mənimlə yaxından maraqlanması çox xoşuma gəldi. Rəhbərliyə təşəkkür edirəm buna görə. Mənə özünəinam verdilər.

- Slovakiya mətbuatının “Rəvan”a keçidindən xəbəri var?
- Bəli, bəli. Mənə Slovakiya, Rusiya, Polşadan zəng elədilər ki, niyə “Rəvan”a getmisən? Mən də dedim ki, bu komandaya kömək etmək istəyirəm, ona görə.  Slovakiyadan dostlarım və futbol adamları zəng edib təbrik etdilər.

- Güvənç Kurtar müdafiədə problemlərin olmasından həmişə şikayətlənir. Nə düşünürsən, baş məşqçi sənin gəlişindən sonra bir də bu barədə gileylənəcək?
- Mən elə kömək üçün buraya gəlmişəm. Çalışacam ki, “Rəvan”a köməyim dəysin. Hər halda bu komandada mənə güvəndiklərini gördüm. (Sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail