Azərbaycan Kubokunun finalının keçirilmə vaxtı dəyişdiriləcək

06.03.2014 | 3253 dəfə oxunub

Azərbaycan Kubokunun finalı qabaqcadan müəyyən edildiyi kimi, mayın 28-də keçirilməyəcək. Stadium.az xəbər verir ki, buna səbəb, AFFA və ABŞ futbol federasiyası arasında mayın 27-ə San-Fransiskoda keçirilməsi razılaşdırılmış yoldaşlıq oyunudur. Həmin oyunla əlaqədar olaraq, ölkə kubokunun keçirilmə vaxtının dəyişdirilməsi  zərurəti ortaya çıxıb. Müxbirimizə PFL-in mətbuat xidmətindən verilmiş məlumata görə, finalla yanaşı, TPL-in son turunun keçirilmə vaxtı da dəyişdiriləcək. Çox güman ki, ölkə kubokunun finalı mayın 24-də baş tutacaq.
Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqts və PFL rəhbəri Ramin Musayev bunun mümkünlüyü barədə hələ yanvarda, klubların qış toplanışı zamanı razılığa gəlmişdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail