Ekrem Hodziç "yıxdı-sürüdü" "Gün gələcək Nuru bəy də olanlardan xəbər tutacaq"

06.03.2014 | 6059 dəfə oxunub

2011-2013-cü illərdə “Rəvan”ın formasını geyinən Ekrem Hodzic haqda çoxlu söhbətlər dolaşdı. Deyilənə görə, bosniyalı oyunçu oyun alqı-satqısında adı hallandığına görə də "Rəvan"dan qovuldu. Amma bu haqda Hodziç heç vaxt danışmadı. Hazırda Oman Premyer Liqasında yarışan “Sohar”ın formasını geyinən Ekrem Stadium.az-a açıqlama verib. Hodziç saytımıza açıqlamasında "Rəvan"a  haqqını halal etməyiciyini söyləyib: "Mənə qarşı düzgün hərəkət etmədilər. Kim deyir ki, mən oyun satmışam? "Rəvan"da mənə qarşı çox pis hərəkət etdi. Heç vaxt haqqımı onlara halal etməyəcəm. Altı saat ofisdə gözləmişəm ki, buraxsınlar məni. Bosniyaya getməyim üçün biletimi gözləmişəm. Onların mənə qarşı neçə pis hərəkət etdiyini Allah görür. Hələ altı aylıq müqaviləm var idi. Zədələndiyimə görə, məni komandadan göndərdilər. Altı aylıq pulumu isə vermədilər. Allah hər şeyi görür. Maya qədər olan maaşımı kim alıb, halal etmirəm ona. Bu hadisələr başıma gələndə, yata bilmirdim. Şükür Allaha zədəm geridə qaldı və hər şey qaydasına düşdü. Məni Makedoniyanın güclü klubları istəyirdi. Ancaq mən Omana gəldim".

Hodziç daha sonra Bəhruz Şirəliyev haqda fikirlərini açıqladı: "Bilirəm ki, Bəhruz Şirəliyev də məni komandasında istəmirdi. Hər planında başında Bəhruz dayanırdı. O, nə deyirdisə hamı da onu edirdi. "Rəvan"ı çox sevirəm. Heyf ki, komandanın sahibi bu haqda bilmədi. Nuru bəy çox yaxşı insandı. Onun heç nədən xəbəri yoxdu. Hər məşqçi və oyunçu gələndə Bəhruzgil ondan pul alırlar. Mən və başqa oyunçulara məzuniyyət verdilər ki, dincəlin. Ancaq onlar bizi komandadan göndərmək üçün belə edirdilər. Yeni gələcək oyunçulardan pul “fırladacaydılar”. Nuru bəy mənə hörmət edirdi. Hətta bir nəfər mənə dedi ki, Nuru bəy futbolu atsam da, mənə orada iş verəcək. Ancaq Bəhruzgilin başıma gətirdikləri oyunlaradn onun xəbəri olmadı.  Amma o, bilməlidi olanlardan. Onun pullarını xərcləyirlər, başqa heç nə. Amma bir gün gələcək Nuru bəy də olanlardan xəbər tutacaq. Görək ona nə cavab verəcəklər?  Allah hər şeyi yaxşı görür. Mənə qarşı bu cür hərəkət edənlərin cəzasını verəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail