"Azərbaycan fantastik rəqibdi" FOTO

07.03.2014 | 3614 dəfə oxunub

ABŞ milli komandasının baş məşqçisi Yurgen Klinsmann mayda keçiriləcək yoxlama oyunları haqda fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, 50 yaşlı mütəxəssis mayın 27-də Azərbaycan, iyunun 1-də Türkiyə, 7-də Nigeriya ilə qarşılaşacaqlarından məmnun qalıb. Klinsmann bu matçların DÇ-2014-ün final mərhələsinə hazırlıq məqsədilə bu görüşlərin faydalı olacağını düşünür: “Bizim fantastik rəqiblərimiz var. Onlar bizə mundiala yaxşı hazırlaşmağa kömək edəcək. Bu komandalar qrup mərhələsindəki rəqiblərimizlə görüşlərə hazırlıq üçün faydalıdır. Müxtəlif şəhərlərdə oynayacağımızdan fərqli iqlim qurşaqlarında çıxış etmək təcrübəsi də qazanacağıq”. Qeyd edək ki, ABŞ – Azərbaycan oyunu San-Fransiskoda keçiriləcək. Bu matç almaniyalı mütəxəssislərin dueli olacaq. Millimizin çalışdırıcısı Berti Foqtsun 1990-98-ci illərdə Klinsmannın da futbolçu kimi çıxış etdiyi Almaniya yığmasına rəhbərlik edib. Onlar 1996-cı ildə Avropa çempionu titulunu qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail