"Hələ 20 il qabaq bu gün Azərbaycanda olanlar, o zaman yox idi" AÇIQLAMA

07.03.2014 | 3769 dəfə oxunub

UEFA-nın vitse-prezidenti Şenes Erzik bu gün AFFA-nın Konfransında iştirak edib və Azərbaycan futbolu haqda fikirlərini bildirib. Stadium.az Erziyin fikirlərini diqqətinizə çatdırır: “Mən Bakıya bir məqsədlə gəlmişəm: konfransda iştirak. Burada mən UEFA-nın təmsilçisiyəm”, deyə Erzik söz başlayıb. O, azərbaycanlı hakimlərin işinə toxunub: “Sizin hakimlərə təcrübə lazımdır. Əvvəllər bu, türkiyəli hakimlərdə də yox idi. Bu, uzun bir yoldur. Sizə tələsmək gərək deyil. Hələ 20 il qabaq bu gün Azərbaycanda olanlar, o zaman yox idi”.
AÇ-2020-nin bir sıra oyunlarının keçirilməsinin mümkünlüyünə gəlincə, Erzik qeyd edib ki: “Oyunların keçirilməsini nəzərdə tutan sizin olimpiya stadionunuz hələlik tikilir.

AÇ-2020-nin final mərhələsinin bir sıra oyunlarının Bakıda keçirilməsi şanslarına gəlincə, sizin də digər namizədlər kimi, şanslarınız var. Həmçinin, siz bir müddət əvvəl, 17 yaşa qədər qızlar arasında DÇ-ni qəbul etmişiniz. Ancaq şəxsən mən sizə heç nə ilə kömək edə bilmərəm. Mən UEFA-da bu işlə məşğul olmuram”. UEFA vitse-prezidentinin sözlərinə görə, o, Azərbaycanda işləyən türk məşqçilərin yerli futbola kömək olacağına inanır: “Mən bilirəm ki, Mustafa Dənizli və Güvənc Kurtar Azərbaycanda işləyir. Bu mütəxəssislər Türkiyədə az uğur qazanmayıb və Türkiyə futbolunun dirçəlməsinə kömək olublar. Əminəm ki, onlar Azərbaycanda da buna nail olacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail