AFFA-nın növbəti Hesabat Konfransı keçirilib

07.03.2014 | 3156 dəfə oxunub

Bu gün Hilton otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçirilib. Stadium.az xəbər verir ki, Konfransı AFFA prezidenti Rövnəq Abdullayev açaraq tədbirdə iştirak edən UEFA-nın I vitse-prezidenti Şenes Erziki, nümayəndələri, qonaqları və mətbuat nümayəndələrini salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkşiafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verdiyini bildirib. AFFA prezidenti Avro-2020-nin oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin UEFA tərəfindən təqsdiq olunduğunu, 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, UEFA-ya təqdim edilmək üçün sifariş kitabının hazırlanması ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin sərəncam imzaladığını xatırladıb, sifariş kitabının hazırlanması məqsədilə müvafiq işlərin görüldüyünü bildirib. Sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib. Baş katib Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində və ötən il keçirilmiş yoldaşlıq oyunlarında vurduğu qollardan hazırlanmış videoçarxın izlənməsini təklif edib. Videoçarxın nümayişindən sonra mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 33 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib.
Elxan Məmmədov çıxış edərək Azərbaycan futbolunun inkişafı ilə bağlı AFFA tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlər - infrastruktur, kütləvilik, təhsil - və bu yöndə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib. Baş katib qeyd edib ki, AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında videoçarx hazırlanıb. Hesabat xarakterli videoçarxın nümayişindən sonra Elxan Məmmədov məlumat verib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2013-cü ilin maliyyə hesabatını, həmçinin 2014-cü il üçün büdcə layihəsini təqdim edib (maliyyə hesabatı və büdcə layihəsi saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun hesabatı dinlənilib. Hesabatlar təqdim olunduqdan sonra Konfrans nümayəndələri yekdilliklə AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olması barədə qərar qəbul ediblər.
Baş katib Elxan Məmmədov UEFA və AFFA-nın birgə layihəsi olaraq irqçiliyə qarşı videoçarx hazırlandığını, layihədə dünya futbol ulduzları ilə yanaşı Azərbaycan milli komandasının üzvləri Rəşad Sadıqov, Ruslan Abuşov və Rauf Əliyevin də iştirak etdiyini deyib, videoçarx nümayiş olunub.
Sonra Konfransın fəxri qonağı, UEFA-nın I vitse-prezidenti Şenes Erzik çıxış edərək, AFFA-nın yaranma tarixi, ötən əsrin 90-cı illərində bu istiqamətdə görülən işləri xatırladıb, ötən müddət ərzində Azərbaycan futbolunun böyük inkişaf yolu keçdiyini bildirib.
Konfransın sonunda Avro-2020-nin oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Konfrans başa çatdıqdan dərhal sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail