Musatafa Dənizli: "21 yaşlı futbolçunun "18”də olması isə mənim fikrim idi - MÜSAHİBƏ

08.03.2014 | 4363 dəfə oxunub

Ötən gün AFFA İcraiyyə Komitəsinin iclası oldu. Tədbirdə çıxış edən “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli toplantıdan sonra Stadium.az saytına müsahibə verib:

- Hansı qərarları qəbul ediblərsə bundan xəbərim yoxdur. Onlar bizdən fikir aldılar ki, ən yaxşısın necə etmək olar. İndi bilmirəm fikirlərimizdən hansın dəyərləndirdilər, hansın yox.

- Sizdən nələr soruşdular?

- Proqramlar, U-21, legioner limitiylə bağlı. Əsasən bu yöndə olan fikirlərimizi öyrəndilər. 

- Az öncə AFFA prezidenti rövnəq Abdullayev açıqladı ki, 21 yaşlı bir futbolçu ən azından ilk “18”də olmalı, 23 yaşlı bir futbolçu isə oynamalıdır.

- (gülür). Zatən hansı komandaya baxırsan bax, 24 yaşdan aşağı bir futbolçu meydanda var. 21 yaşlı futbolçunun 18”də olması isə mənim fikrim idi. Hətta söylədim ki, əvəzlənəcək 3 futbolçudan biri mütləq 21 yaşlı futbolçu olsun. Yəni meydana o gisin. İndi bunları necə qiymətləndiriblər xəbərim yoxdur. Azərbaycan futbolunun inkişafı üçün fikirlərdən istifadə olunacağına inanıram.

- Azərbaycanda yerli futbolçuların səviyyəsi ümumi götürəndə çox aşağıdır. Yaxşı olmazmı ki, səviyyəli legionerlər gətirib onlardan öyrənilsin?

- Burada şərtlərə də baxmaq lazımdır. Azərbaycana hansı səviyyədə ulduz futbolçu gələcək buna da baxmaq lazımdır. Futbol görüb götürmək oyunudur. Gənc yerli futbolçu da gələn əcnəbiyə baxar, onun etdiyin görüb təkrar edər, görüb təkrar edər. Belə-belə nəsə öyrənər. Baxar ki, topu necə saxlayır, necə qapı önünə asma edir, necə zərbə vurur. Əgər bunları edə bilsək futbolumuz çox inkişaf edər.

- Bizdə bir problem də var. Yerli futbolçular xaricə getmir. Bu problemi necə həll etmək olar sizcə?

- Burada da tələb məsələsi var. Gərək öncə o futbolçulara xaricdən tələb olsun ki, onlar da getsin də. Öncə buna baxmaq lazımdır ki, bu tələbi necə həll etmək olar. Təbii ki,Azərbaycandan olan futbolçu Çempionlar Liqasında, Avropa Liqasında oynayarsa, milli komandanı da ön plana çıxara bilər. Bu bir bazardır. Bu bazarda olan futbilçulara da xaricdən alıcı lazımdır. Bunun üçün də gərək futbolçunun əvvəlcə bacarığı, sonra da istəyi olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail