Allez Borbigoal !!!

17.12.2010 | 3034 dəfə oxunub

"Bakı" futbol klubunun fransalı müdafiəçisi Stefan Borbikoni yüksək səviyyə və etibarlı oyunu ilə komandanın azarkeşlərinin sevimlisinə çevrilib.

rn

"Neftçi"ilə oyunun qəhrəmanlarından birinə çevrilən Borbikoni klub saytına qısa açıqlama verib. Stefan söhbət zamanı "Bakı"nın Premyer Liqadakı çıxışı, vurduğu qollar və azarkeşlərin stadiondan asdığı bannerə toxunub: "Neftçi"oyununda «Bakı» mükəmməl oynadı. Rəqibimiz çempionatın lideri, əsas favoritlərdən biri olduğu üçün bu bu bizə əlavə motivasiya verirdi. Çox sevinirəm ki, 3 xalı qazandıq. Hamı bacardığını etdi. Mən çox sevinirəm ki, 2 cavabsız qol vuraraq belə bir güclü kluba qalib gəldik».

rn

Özümdən çox Jabanın qol vurmasına sevindim. Çünki o, bu qolu uzun müddət idi ki, gözləyirdi. Bundan sonra onun qolları sıralayacağına şübhəm yoxdur. İlk altılığa düşmək baxımından çox önəmli oyun oldu. Həyat davam edir. Qarşıda bizi bir-birindən çətin oyunlar gözləyir. Bu həftə çempion "İnter"ə qarşı da bu cür mübarizə aparmalıyıq. Bu oyunda bizə yalnız 3 xal lazımdır. Fransanın Azərbaycandakı səfirliyində çalışan həmvətənlərimin "Bakı"nın oyunlarına gəlməsi məni cox sevindirir. Bu, mənim üçün xoş sürpriz oldu. Fransanın bayraqlarını və adımı tribunalarda asılan bannerdə görəndə çox sevindim. Bu amil mənim daha inamlı oynamağıma səbəb oldu. Hamıya dəstək üçün təşəkkür edirəm».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail