Mustafa Dənizli: "Kubokda yolumuzu davam etdirəcəyik"

12.03.2014 | 3947 dəfə oxunub

"Kubok oyunlarında hədəf fərqli olur. Səfərdə oynadığımız ilk oyuna görə nəticə yaxşı sayıla bilər. Rəqibimiz birinci divizionun ən güclü komandasıdır, bir çox Premyer Liqa klubları ilə eyni gücdədir".  Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli "Araz Naxçıvan"la kubok matçından (1:1) sonra keçirilən mətbuat konfransında deyib:

Türkiyəli mütəxəssis komandasının yarımfinala yüksələcəyinə inandığını bildirib: "Yaxşı oyun oldu, qol epizodları oldu. İlk hissədə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilsəydik, hesab başqa cür ola bilərdi. Hər halda yarımfinala vəsiqəni ev oyununda həll edəcəyimizə inanıram. Hakimlə bağlı heç nə demirəm. Hakimlər də səhv edə bilər. 

Epizodları çox yaxşı izləmədən nəsə demək düzgün deyil. Oyun qaydalarını yaxşı bilirəm, amma 20 ildir ki, hakimliklə bağlı heç nə danışmıram. Həmişə hakimlərə dəstək olmağa çalışmışam, həm lehimizə, həm də əleyhimizə səhvlər ola bilər. Hakim haqqında düşüncələr bizim üçün ikinci plandadır. Kubokda yolumuzu davam etdirəcəyik. Sürpriz nəticə olmaması üçün cavab oyununda var gücümüzlə oynayacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail