"Dinamo"nun üzvü Azərbaycanda oynayacaq! FOTO

13.03.2014 | 4687 dəfə oxunub

Yayda Azərbaycanda daha bir gürcü oyunçu çıxış edəcək. "Dinamo"nun hücumameyilli yarımmüdafiəçisi Georgi Canelidze 2014/2015 mövsümündə Topaz Premyer Liqasında oynayacaq.24 yaşlı oyunçu hələ qışda Azərbaycanın iki klubu təklif göndərib. Amma forvard Azərbaycana gəlmək planını təxirə salaraq, ölkəsinin birnömrəli klubu "Dİnamo"ya keçib. "Vit-Corciya"nın yetirməsi olan Canelidze hazırda Tbilisi klubunun üzvüdü.Amma əsas heyətə düşməkdə çətinlik çəkən David yayda Azərbaycana gəlmək istədiyini bildirib. Gürcü forvarda təklif göndərən klublarımız "İnter" və AZAL-dı. İkincilər hətta Canelidzenin canlı izləmək üçün "Vit-Corciya"nın matçında da olublar. Amma bayaq da qeyd etdiyimiz kimi, hücumçu "Dinamo"ya keçidi üstün tutub. Canelidze 2012-ci ildə Rusiyanın aşağı liqa klubu "Neftximik"də legioner həyatı yaşayıb. Amma iki oyundan sonra vətəninə geri dönüb. "Dinamo"da aylıq 3000 dollar qazanan David ölkəmizdə oynayan gürcü dostlarından da məsləhət alıb və ona "gəl burda" oyna deyilib.  Sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail