Karlos Kardoso: "Səfərdə oynadığımız üçün 1:1 hesabı da yaxşı nəticədi"

13.03.2014 | 4026 dəfə oxunub

“Neftçi” tədricən öz gücünə qayıtmaqdadır. İndi itirdiklərimizi bərpa etmək zamanıdır”. Stadium.az xəbər verir ki,bunu “Neftçi”nin müdafiəçisi Karlos Kardoso deyib. Ölkə kubokunun 1/4 final mərhələsinin “İnter”lə görüşündə “Neftçi” qələbə qazanmağa yaxın olsa da, matçın əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış bu şansını əldən buraxdı. Belə ki, Kaxaber Sxadadzenin oğlu Baçana meydana daxil olduqdan 3 dəqiqə sonra məhsuldar ötürmə verməklə görüşün nəticəsini müəyyənləşdirdi. Bu görüşdə 90 dəqiqə oynamış braziliyalı mərkəz müdafiəçisi isə qarşılaşmanın sonlarında top buraxmalarına baxmayaraq, nəticənin sərfəli olduğunu bildirib: “İnter”lə oyunda yaxşı mövqe seçirdik. Çempionatda da, kubokda da yaxşı oynamağa çalışırıq. Biz qol vura bilərdik. Ancaq topu itirdik və rəqibin əks-hücumu zamanı öz qapımızda qolu gördük. Bununla belə, məyus olmuruq. Çünki səfərdə oynadığımız üçün 1:1 hesabı da yaxşı nəticədir”. Qeyd edək ki, tərəflərin cavab oyunu martın 19-da “Bakcell Arena”da keçiriləcək. (apasport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail