"Rəvan" gedir, 4 futbolçusu qalır

14.03.2014 | 3953 dəfə oxunub

"Rəvan” Premyer Liqanın XXVI turunda qarşılaşacağı "Simurq”la oyunun hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, komanda Topaz bazar günü keçiriləcək görüş üçün iki gün əvvəldən məşqlərə başlayıb.

Çərşənbə günü "Bakı” ilə kubok görüşündən sonra bu matçda forma geyməyənlər məşq etmişdisə, dünən bütün komanda hazırlıqda iştirak edib. Sadəcə, Oke Akpoveta və Julio Sezar yüngül zədəli olduqlarından fərdi proqram əasında çalışıb. Bu futbolçular "Simurq”la görüşdə forma geyməyəcək. Ancaq məsələ heç də zədə ilə bağlı deyil. Çünki onlar həm də cəzalı durumdadırlar. Elə Lukaş Sapela və Novruz Məmmədov da. Bir sözlə, "Rəvan" Zaqatalaya 4 əsas heyət oyunçusu olmadan yollanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail