Bojidar Bandoviç: "Bakı"nın xilaskarı mənəm" MÜSAHİBƏ

15.03.2014 | 3583 dəfə oxunub

"Bakı"nın sabiq baş məşqçisi Bojidar Bandoviçin müsahibəsi

- Salam, cənab Bandoviç. Necəsiz?

- Salam. Yaxşıyam, çox sağ olun.

 

- Tanıdız məni. "Bakı"da işləyəndə sizinlə tez-tez danışırdıq.

- Əlbəttə, tanıdım.

 

- Haralardasız, nə iş görürsüz?

- Afinadayam. Burda yaşayıram.

 

- Yeni iş yeri tapa bilmisiz?

- Hələlik yox. Son 4-5 ildə dayanmadan işləmişəm. Ona görə də bu il ailəmlə birlikdə olmaq istədim. Müxtəlif seminarlara gedirəm, bəzi nəhəng klubları ziyarət edirəm. Bir sözlə, klub axtarıram.

 

- Təklif və ya təkliflər var?

- Bir neçəsi var. Amma tələsmirəm. İyuna kimi vaxt var.

 

- Tanınmış klublardı?

- Hələ yeni gəlib təkliflər. Danışıqlar gedir, hər şeyin başlanğıcındayıq.

 

- Azərbaycanda 1 ilə yaxın qaldız. "Bakı" və Bakı üçün darıxmış olarsız.

- Təbii ki. Azərbaycanla bağlı yalnız yaxşı xatirələrim qalıb. "Bakı"da çox çətin mövsüm keçirdim. Çünki komanda səhv yolda idi. Amma çox şeyi yaxşıya doğru dəyişə bildim.

 

- "Bakı" hazırda 41 xalla 5-ci pillədədi. Əvvəlki mövsümlərdən fərqli, vəziyyət nisbətən düzəlib. Sizcə, komandanın indiki vəziyyətə gəlməsində Bandoviçin rolu var?

- ƏIbəttə, var. Məndən öncə komanda meydanda nə etməli olduğunu bilmirdi. Bizim yaxşı oyun üslubumuz var idi. Komanda kimi normal çıxış edirdik. "Qarabağ", "Neftçi" və "İnter" "Bakı"dan güclü idilər. Amma biz onlardan yaxşı oynayırdıq. Orda işləyəndə qətiyyətlə bildirdim ki, komandaya Azərbaycan millisinin üzvlərini cəlb etmək lazımdı. Çünki akademiyanın yetirmələri hazır deyildilər.

 

- Belə çıxır ki, özünüzü "Bakı"nın xilaskarı hesab edirsiz.

- Bəli. Öz oyun üslubumu komandaya çatdırmaq üçün çox əziyyət çəkdim. Komanda cəmi 17 qol buraxmışdı ki, bunun da 6-sı qapımıza penaltidən vurulmuşdu. İlk 6 ayda oyunlara hücumçusuz çıxırdıq. Mən isə baş məşqçi kimi hər şeyi problemsiz idarə etməyə çalışırdım. Mən və futbolçularım 5 ay maaşsız oynadıq. Yanvardan etibarən daha yaxşı oynamağa başladıq.

 

- Elə idisə, niyə qalmadız?

- Qala bilərdim. Çünki komanda normal oyun sərgiləyirdi. Əlimdəki futbolçulardan ən yaxşısını alırdım. Lakin komandadan ayrıldım. Bununla belə, "Bakı" və orda çalışan insanlar haqda ancaq yaxşı fikirdəyəm. Mənimlə vidalaşdılar, yerimə yaxşı və peşəkar məşqçi gətirdilər. Ən əsası isə "Bakı" artıq komanda oyunu göstərir.

 

- "Bakı"nın oyunlarına baxırsız?

- Sadəcə, oyunların icmalına və vurulan bəzi qollara baxıram.

 

- Necə düşünürsüz, sizin vaxtınızdakı "Bakı" güclü idi, yoxsa indiki?

- Bilirsiz, komanda bəzi dəyişikliklər olub. Müdafiə xətti tamamilə yenilənib. Mənim vaxtımda çıxış edən və indi də komandada olan futbolçular artıq Pantiçlə işləməyə hazırdılar. Komanda yeni mövsümə tam heyətlə, ən əsası, çoxlu hücumçularla başladı: Pena, Rauf, "Rəvan"dan Kalonas. "Bakı" ona görə çox qol vurur ki, heyətində hücumçular çoxdu. Mənim komandadakı ilk 6 ayımda isə əlimin altında hücumçu yox idi. Hazırda komandada çıxış edən o vaxtkı futbolçular da "artırıblar". Çünki mənimlə işləyiblər. Mən "Bakı"da olanda, klubdan Pantiç qədər dəstək görmürdüm. Çoxlu problemlərimiz var idi. Mən isə tək idim. Ancaq xoşbəxtəm ki, Pantiçə belə bir komanda qoyub getmişəm.

 

- Pantiçlə əlaqə saxlayırsız?

- Dostumdu və yaxşı məşqçidi. O, komandaya yaxşı vaxtda gəldi. Amma onu da deyim ki, "Bakı"da çalışan insanlar futbolla bağlı idealogiyalarını dəyişməlidilər. İndi başa düşürəm ki, onlar futbolu bilmirlər.

 

- Konkret olaraq, kimləri nəzərdə tutursuz? Bəlkə adlarını çəkəsiz...

- Yox, ehtiyac yoxdu. Əslində bu, normaldı. Futbol mənim həyatımdı. Klubdakı insanların hamısı mənə kömək etmək istəyirdi. Onlar mənim dostlarımdı. Ancaq fikirlərimiz müxtəlifdi. Kiminsə haqqında pis danışmıram. Onların dəyişikliyə ehtiyacı var idi. Buna mənimlə başladılar, Pantiçlə davam edirlər. Klub bir şeyə inanmalı və eyni yolu getməlidi. "Bakı" hər zaman mənim komandam olacaq. Bu klubu sevirəm.

 

- Pantiçin "Bakı"ya baş məşqçi təyin olunduğunu biləndə ona hansı məsləhətləri verdiz?

- Bilmirdim. Toplanışa 1 həftə qalmış bundan xəbər tutdum. Pantiçlə xeyli söhbət etdik. Ona komanda və ordakı insanlarla bağlı fikirlərimi çatdırdım.

 

- Sİzcə, sizdən fərqli, Pantiç "Bakı"da uzun müddət qala biləcək?

- Bəli. "Bakı" öz məşqçisini daim dəstək verməlidi.  Sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail