Güvənc Kurtar "Rəvan"ın yarısın Zaqatalaya aparmayıb

16.03.2014 | 4312 dəfə oxunub

"Rəvan” Topaz Premyer Liqasının XXVI turunda "Simurq"la qarşılaşacaq. Stadium.az xəbər verir ki, Bakı klubu matçın hazırlıqlarını tamamlayıb.
Zaqatala şəhər stadionunda dünən keçirilən məşq hazırlıq prosesində sonuncu olub. Təxminən 1 saat davam edən məşqdə baş məşqçi Güvənc Kurtar yetirmələrinə son tapşırıqlarını verib. Əvvəlcə dar sahədə topu özündə saxlamaq üzərində işləyən futbolçular sonra qapıya zərbələr üzərində işlədi. Məşqin sonu standart vəziyyətlərə həsr olundu.
"Rəvan” Zaqatalaya bir neçə aparıcı futbolçusuz yollanıb. Belə ki, Lukaş Sapela, Novruz Məmmədov, Julio Sezar və Oke Akpoveta cəzalıdı. Üstəlik, baş məşqçi qarşıdan "Bakı” ilə vacib kubok oyununun gəldiyini nəzərə alaraq, Ramazan Abbasov, Mitya Moreç, Dmitri Kruqlov, Miloş Adamoviç, Mişel Balokoq və Ayaz Mehdiyev kimi aparıcı oyunçulara əlavə istirahət imkanı yaradıb və bu futbolçuları Zaqatalaya aparmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail