Böyükağa Hacıyev hansı futbolçuya görə qorxuya düşüb?

16.03.2014 | 5493 dəfə oxunub

“Maraqlı oyun alındı. Bir komanda hücum edirdi, digəri müdafiə olunurdu. Baş məşqçi dəyişikliyi rəqib komandanın oyununa təsir edib. Vaqif Sadıqovun dövründə AZAL daha istəkli oynayırdı. Ona böyük hörmətlə yanaşıram. İki top fərqi ilə irəli keçdikdən sonra Bahodır Nasimovun bir neçə qol imkanı oldu, amma istifadə edə bilmədi. Yolumuza davam edirik. Qarşıda “İnter”ə qarşı keçirəcəyimiz kubok oyunu var. Bundan sonra “Rəvan”la qarşılaşmamız var. Düşünürəm ki, çətin olmayacaq". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi AZAL-la oyundan (2:1) sonra deyib.

Təcrübəlu mütəxxəssis Rəşad Sadiqov və Cavid İmamverdiyevi sözügedən qarşılaşmada oynatmamasının səbəblərindən də danışıb: "Rəşad Sadiqov özünü yaxşı hiss etmir, son zamanlar ona istirahət veririk. Mirhüseyn Seyidov onun yoxluğunu hiss etdirmədi. Futbolda əvəzolunmaz futbolçu yoxdur. “Neftçi”də kifayət qədər oyunçu var, qalır ki, 11-liyi düzgün seçəsən. Cavid İmamverdiyə imkan yaratdım. Dünən əvəzedicilərdə oyuna çıxdı. Bir hissə oynayıb komandaya qoşulmalı idi. O isə hər iki hissədə meydanda oldu. Bir az səhlənkar olduğu üçün bu gün heyətdə yox idi. Öz karyeramı kiməsə görə qurban verə bilmərəm. Qarşıda hələ 10 oyun var, çox şey ola bilər. Ernest Nfor səviyyəli futbolçudur, komandaya lazımlıdır. Həm oyunqurucu, həm dayaq yarımmüdafiəçisi, həm də sırf hücumçu kimi oynaya bilər. Ondan narazılığım yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail