"Sübut etdik ki, hamıdan güclüyük" AÇIQLAMA

17.03.2014 | 3676 dəfə oxunub

“İnter” Azərbaycanın aparıcı klublarındandı. Həmişə yüksək yerlər uğrunda mübarizə aparır”. Stadium.Az-ın məlumatına görə, bu sözləri “İnter”in sabiq futbolçusu Petar Zlatinov deyib. Bolqarıstan mətbuatına danışan Zlatinov 5 ildən artıq şərəfini qoruduğu bank klubundakı günlərindən bəhs edib: “5 il yarım çıxış etdiyim ölkədə iki dəfə çempion olduq. Sübut etdik ki, hamıdan güclüyük. Lakin çox üzücüdü ki, kuboku qazana bilmədik. 4 dəfə finala yüksələn komanda heç vaxt qalib gəlməyib. Hər dəfə komandamıza nəsə mane olub. Mən Azərbaycana gedəndə orada heç də hər şey mükəmməl deyildi. Amma ildən-ilə xərclənən pullar özünü göstərdi. Orada futbol inkişafdadı. Kimsə bunun belə olmadığını iddia edirsə, ağ yalandı. Əgər Berti Foqts və Toni Adams kimi insanlar bu ölkədə çalışmağa gedirsə, daha nə deyəsən...”. Zlatinovun fikrincə, Azərbaycan başqa ölkələr üçün nümunə olmalıdı: “Tək futbol yox, ümumiyyətlə idman inkişaf edir. Görün, nə qədər bolqar mütəxəssis və idmançı bu ölkəyə gedib. Beş ağırlıqqaldıranımız və baş məşqçiləri Zlatan Vanev, güləş məşqçisi Simeon Şterev və başqaları... İnsanların bu istiqamətə üz tutmasına da təəccüblənmək lazım deyil”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail