"Simurq"un üzvü 300-cü qolun müəllifi oldu

18.03.2014 | 3238 dəfə oxunub

Topaz Premyer Liqasında 2013/14 mövsümünün 300-cü qolu vurulub. 

Stadium.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Rəvan”la ev oyununun 13-cü dəqiqəsində rəqib qapısına yol tapan “Simurq”un futbolçusu Rəşad Eyyubov 26-cı turun ilk, cari mövsümün 300-cü qolunun müəllifi olub.

26-cı turda vurulan qollar sayəsində bu rəqəm 310-a çatıb. Çempionatın baş tutan 130 oyununda orta məhsuldarlıq 2,38-ə bərabər olub. 310 qoldan 171-i meydan sahibləri, 139-u qonaqların hesabındadır. Qollardan 144-ü ilk, 166-sı ikinci hissədə vurulub.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq 9-cu turun “Simurq” və 18-ci turun “Neftçi” ilə qarşılaşmalarında fərqləniblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail