AFFA aşağı liqalardaki oyunçuları da cəzalandırdı

18.03.2014 | 4077 dəfə oxunub

Bu gün İntizam Komitəsinin iclasında futbol üzrə aşağı liqalar çərçivəsində keçirilmiş oyunlarda baş vermiş neqativ hallara dair cərimə və cəzalar açıqlanıb. Stadium.az AFFA İK-nın qərarlarını diqqətinizə çatdırır:
13 mart 2014-cü il U-16 Liqasının “Simurq” - “Neftçi” İSM matçının 56-cı dəqiqəsində “Neftçi” İSM klubunun 2 №-li futbolçusu Ənvər Abışov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
13 mart 2014-cü il U-16 Liqasının “Qarabağ” - “Əlincə” matçının 72-ci dəqiqəsində “Əlincə” klubunun 4 №-li futbolçusu Adəm Əsgərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb.
15 mart 2014-cü il Coca-Cola U-13 Liqasının UGİM (Saatlı) - “Ağsu” matçının 37-ci dəqiqəsində “Ağsu” klubunun 17 №-li futbolçusu Nicat Nuriyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
Oyunun 41-ci dəqiqəsində UGİM (Saatlı) klubunun 10 №-li futbolçusu Şəhriyar Bədirov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
15 mart 2014-cü il Coca-Cola U-13 Liqasının “Bakı” - “Neftçi” matçının 14-cü dəqiqəsində “Bakı” klubunun məqçisi Aslan Quliyev hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb.
16 mart 2014-cü il Atena U-12 Liqasının “Todo” - “Bakı kəndləri” matçında “Todo” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verirlib.
16 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Boradigah” - “Şirvan” matçının 90+2-ci dəqiqəsində “Şirvan” klubunun 13 №-li futbolçusu Anar Sədriyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
16 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Gənclik” - “Şəfəq” matçının 25-ci dəqiqəsində “Şəfəq” klubunun 10 №-li futbolçusu Sadiq Eyvazlı aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail