26-cı turun ən yaxşı 11-liyi məlumdu: "Qarabağ"ın hökmranlığı

18.03.2014 | 3337 dəfə oxunub

Topaz Premyer Liqasında 26-cı turun ən yaxşı 11-liyi məlumdur. Stadium.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun rəmzi komandasına aşağıdakı futbolçular daxildir:
Qapıçı: İbrahim Sehiç (Qarabağ);
Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Admir Teli (Qarabağ), Karlos Kardoso (Neftçi), Maksim Medvedev (Qarabağ);
Yarımmüdafiəçilər: Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc (Qarabağ);
Hücumçular: Vüqar Nadirov (Qarabağ), Draqan Çeran (Simurq).
Topa sahib olmada, qapıya zərbələrdə, dəqiq ötürmələrdə “Simurq” digər komandalardan üstün olub. “Bakı” klubu mübarizələrdə və top itkilərində fərqlənib. Ən çox qayda pozuntusuna isə “Neftçi” futbolçuları yol verib. “Xəzər Lənkəran”lı Dejan Blajevski qapıya ən çox zərbə endirən, “Simurq”lu Anderson Olivyera isə dəqiq ötürmə verən futbolçudur. Onun komanda yoldaşı Benjamin Lambot isə hava mübarizələrində hamıdan üstün olub. “Sumqayıt”lı Uğur Pamuk hamıdan çox - 25 dəfə top itkisinə yol verib.
Turun ən yaxşı oyunçusu isə “Qarabağ”lı Vüqar Nadirovdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail