Yığma komandamızın mətbuata açıq məşqi keçirildi FOTO

19.03.2014 | 3069 dəfə oxunub

Martın 18-də “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində tələbələrdən ibarət yığma komandanın KİV üçün açıq məşqi keçirilib. Stadium.az xəbər verir ki, seleksiya xarakterli məşq zamanı 20 oyunçudan ibarət yığma komandanın heyətinin məşq proseslərində təkmilləşdirilməsi nəzərdə tutulub.
 
Yığmaya Təhsil Nazirliyi,  Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) və AFFA-nın birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futbol üzrə keçiriləcək “Təhsil kuboku”nun iştirakçı komandalarından futbolçular cəlb olunub. Bu yarış çərçivəsində keçiriləcək oyunlarda fərqlənən futbolçular həmçinin yığmaya düşmək şansı əldə edəcək və onlar beynəlxalq turnirlərdə Azərbaycan tələbələrini təmsil etmək hüququ qazanacaqlar. "Təhsil kuboku" çərçivəsində oyunlara isə 2014-cü ilin aprel ayında start veriləcək. Burada uğur qazanan ali məktəb komandaları, həmçinin fərqlənən oyunçular Təhsil Nazirliyi və AFFA tərəfindən mükafatlandırılacaqlar.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola marağını artırıb. Təhsil Nazirliyi isə futbolla bağlı məlumatların geniş yayılması və təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verməklə,  uşaq, yeniyetmə və gənclərin futbola daha çox cəlb olunması istiqamətində fəal iş aparır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail