Böyükağa Hacıyev: "Bu oyunda əsas məqsədimiz qol buraxmamaq idi"

20.03.2014 | 4047 dəfə oxunub

“Çox gərgin oyun alındı. Qarşımıza qoyduğumuz məqsədə nail olduq, növbəti mərhələyə keçdik. 65-ci dəqiqədən sonrakı əvəzetmələr buna xidmət edirdi. Denis Silva sırf dayaq yarımmüdafiəçisi kimi oynadı, bunun bəhrəsini gördük. Qol imkanlarından istifadə etsəydik, oyundan qələbə ilə ayrılardıq". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/4 finalında "İnter"lə cavab matçından (0:0) sonra deyib.

O, Rəşad Sadiqovu bu görüşdə də oynatmamasının səbəbindən də danışıb: "Rəşad istirahət edir. Futboldan bir az istirahət etməsi üçün ona icazə verilib. Qarşıdakı oyunlarda bizə kömək etməlidir. Bizdə uzunmüddətli istirahət olmur".

Təcrübəli mütəxəssis yarımfinaldakı rəqibləri "Rəvan"a qarşı ciddi hazırlaşacaqlarını bildirib: "Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Topaz Premyer Liqasında zəif komanda yoxdur. Bütün komandalar “Neftçi”yə qarşı xüsusi istəklə oynayır. Qarşıda “Rəvan”la oyunumuz var, ciddi hazırlaşacağıq. Hücumda kifayət qədər güclü futbolçularımız var. Bu oyunda əsas məqsədimiz qol buraxmamaq idi. Məqsəd İsayev Mahir Şükürovun mövqeyində xoş təsir bağışladı. Mən gənc futbolçuları əsas heyətə düşünmədən qoyuram. Çünki, futbolçularımın nəyə qadir olduğunu yaxşı bilirəm. Çempionluq şansımızı hələ itirməmişik. Kubokun finalına çıxsaq, rəqibin kimliyi fərq etməz. Çalışacağıq ki, bir daha ölkə kubokunu qazanaq. Mənim üçün bütün komandalar  eynidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail