"Qəbələ"nin üzvü yenidən meydanlara qayıtdı

20.03.2014 | 3292 dəfə oxunub

Rail Məlikov uzun aradan sora yenidən yaşıl meydanlara çıxıb. Stadium.az xəbər verir ki, "Qəbələ"nin müdafiəçisi "Qarabağ"la kubok matçının 29-cu dəqiqəsində zədələnən İbrahima Niasseni əvəzləyib. Bununla Məlikov ötən ilin 31 avqustundan sonra ilk dəfə meydana çıxıb. Belə ki, futbolçu Premyer Liqanın V turunun "Xəzər Lənkəran"la oyununda 90 dəqiqə oynamış və növbəti turun AZAL-la matçına hazırlaşarkən məşqdə ağır zədə almışdı. Müayinə zamanı sabiq milli üzvünün ön çarpaz bağlarının qopduğu müəyyənləşmişdi. "Acıbadem" xəstəxanasında əməliyyat olunan Rail ötən ilin 31 avqustundan sonra meydana çıxmamışdı. O, dünən 200 günlük fasilədən sonra meydana çıxıb. "Qəbələ" bu müddətdə Premyer Liqada 21, kubokda 2 oyunu Railsiz keçirmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail