"Bakı"nın oyunçularında gərginlik vardı" AÇIQLAMA

20.03.2014 | 3599 dəfə oxunub

Ölkə kubokunun 1/4 final mərhələsinin “Bakı” – “Rəvan” cavab qarşılaşmasından sonra qonaq komandanın düşərgəsində bayram əhval ruhiyyəsi hökm sürürdü. “Rəvan”ın gənc üzvü Orxan Lalayev matçla bağlı fikirlərini bölüşdü: “Bakı”ya ilk oyunda qalib gələ bilərdik. Öz səhvimizdən rəqibə məğlub olduq. Cavab oyununda revanş almaq üçün bu qarşılaşmaya ciddi hazırlaşmışdıq. Hamı bir nəfərə kimi “Bakı”nı səfərdə məölub edə biləcəyimizə inanırdıq. Bütün gücümüzü bu oyuna qoyduq ki, kubokda yarımfinala çıxaq. Şükürlər olsun ki, sonda sevinən tərəf olduq. Bu bir daha göstərdi ki, çəkilən əziiyyət yerdə qalmır. 120 dəqiqə bütün komanda olaraq mübarizə apardıq. Ancaq Elvin Həsənəliyevi oyunun qəhrəmanı hesab edirəm. Onun vaxtında topa yetişərək qapıdan keçirməsi bizi yarımfinala daşıdı. Ondan sonra psixoloji üstünlük bizim tərəfə keçdi.
 
Penaltilər seriyasına gedəndə qalib gələcəyimizə inanırdım. Çünki, həmin məqamda “Bakı”nın oyunçularında gərginlik vardı. Belədə rəqibin penaltini qaçıracağı gözlənilən idi. Artıq hər şey arxada qaldı. İndi önümüzdəki yarımfinal matçını düşünməliyik. Demək olar ki, kubokun finalına bir addım da yaxınlaşdıq. Hər şey özümüzdən asılıdı. Əgər daha da irəli getmək istəyiriksə, növbəti mərhələdə də sona qədər mübarizə aparmalıyıq. Bütün gücümüzü səfərbər edib “Rəvan”ı finala daşımalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail