"Qəbələ"də yubileylər oyunu

20.03.2014 | 3653 dəfə oxunub

“Qəbələ”nin seneqallı legioneri Viktor Mendi klubun tarixinə düşüb. Stadium.az xəbər verir ki, afrikalı hücumçu 2005-ci ildə ölkə kubokunda debüt edən komandasının bu yarışlarda yubiley - 50-ci qolunu vurub.
Bu top 1/4 final mərhələsinin “Qarabağ”la səfərdəki cavab oyununda həlledici olub və qonaqlara qələbə gətirib – 2:1. 9 mövsüm ərzində 36 qarşılaşmaya çıxan “qırmızı-qaralar” bu matçlarda 17 qələbə qazanıb, 11 heç-heçə edib və 7 dəfə uduzub. Rəqibləri “Qəbələ”nin 50 qoluna 30 topla cavab verib.
Mendinin qələbə qolu həm də seneqallını klub tarixinin ən məhsuldar futbolçusu adına şərik edib. 85-ci oyununda 20-ci qoluna imza atan hücumçu “Qəbələ”nin 9 illik tarixində ən çox top vuran Rövşən Əhmədova çatıb. Mendi 20 qoldan 18-ni Premyer Liqa, 2-ni kubokda vurubsa, Əhmədov 19 dəfə 1-ci dəstə, 1 dəfə kubokda fərqlənib. 
“Qarabağ”la matçda hesabı açan Daniel Subotiç də klub tarixinin ən yaxşı bombardirləri siyahısında mövqeyini yaxşılaşdırıb: Viktor Mendi, Rövşən Əhmədov – hər ikisi 20, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Luis Hilario – 16, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı, Daniel Subotiç – hamısı 12, Rəşad Yusubov – 11, Samir Zərgərov – 10.
Dodo 95-ci, Mendi isə 85-ci dəfə “Qəbələ” formasında meydana çıxıb. Onların hər ikisi klub tarixində ən çox oyun keçirən “6-lıq”da yer alıb: Pavel Doroşev – 99, Abdulkader Kamara – 97, Dodo, Azər Həşimov – hər ikisi 95, Lyubo Baranin – 90, Viktor Mendi – 85. 
“Qəbələ səfər qələbəsi qazanmaqla rusiyalı baş məşqçisi Yuri Syominin rəhbərliyi altında 15-ci dəfə qalib gəldi. Premyer Liqada 26, kubokda 3 dəfə komandanı meydana çıxaran mütəxəssis bu yarışlarda müvafiq olaraq 13 və 2 dəfə yetirmələrinin qələbəsinə sevinib. Syominlə 29 matçda 15 qələbədən başqa, 6 heç-heçə və 8 məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə 40 qol vuran “Qəbələ” qapısında 26 top görüb.
Qeyd edək ki, 2007/08 və 2008/09 mövsümlərində Azərbaycan kubokunun yarımfinalına yüksələn “Qəbələ” 5 illik fasilədən sonra tarixində 3-cü dəfə finalın bir addımlığınadək irəliləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail