AFFA-nın stadionunda qalmaqal: Namaz qıldıqları üçün işdən qovuldular

20.03.2014 | 8886 dəfə oxunub

SOCAR və "Tekfen" şirkətinin birgə işlədiyi yeni olimpiya mərkəzində olay yaradacaq hadisə baş verib. Stadium.az xəbər verir ki, burada çalışan işçilər namaz qıldıqları üçün işdən çıxarılıblar. Məsələ ondadır ki, olimpiya mərkəzində çalışan namaz qılan işçilər bir yerdə namaz qılıb. Məhz buna görə də, onların hamısı işdən çıxardılıb.
Baş verənlərlə bağlı isə İslam Həmdəmov və Elşən Məmmədov adlı işçilər 
İslamazeri.az saytına açıqlama verərək faktı təsdiqləyiblər.
Olayla bağlı “Tekfen” şirkəti ilə əlaqə saxladıq. Açıqlama verən qurumun türkiyəli əməkdaşı Hüseyn adlı şəxs kiminsə namaz qıldığına görə işdən çıxarılmasının düzgün olmadığını söylədi: “Məgər insanları namaz qıldıqlarına görə işdənmi çıxarmaq olar? Biz heç kəsi namaza görə işdən uzaqlaşdırmamışıq. Yayılan məlumatlar həqiqəti əks etdirmir”. Xatırladaq ki, Hüseyn bəydən hansı vəzifə daşıdığına dair sual verməyimizə baxmayaraq o, bu barədə məlumat verməkdən imtina etdi. Fotodan da göründüyü kimi şəkildə işçilər tikinti sahəsində birlikdə namaz qılırlar və artıq bu gün işdən çıxarılanlar mətbuatla əlaqə saxlayaraq namaz qıldıqları üçün işdən qovulduqlarını deyiblər. Şirkət rəsmisinin açıqlaması isə  işçilər tərəfindən təkzib olunub
.

Maraqlıdır, Tutaq ki, şirkət rəsmisinə inandıq. Bəs nə üçün şəkildə namaz qılan bütün işçilər məhz eyni gündə və namazdan sonra işdən azad olunub? Bax bu sual cavabsız qalır...

Burada bir maraqlı məqam da var. İş ondadır ki, fotoda namaz qılanların hamısı şiə təriqətinə aid olanlardır. Şirkət rəhbərliyi isə bu təriqətdən deyil. Güman olunur ki, işçilər də məhz şiə olduqları üçün – möhürlə namaz qıldıqlarına görə işdən qovulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail