"Həmin görüşdə azarkeşlərimiz bizə mükəmməl dəstək oldular" AÇIQLAMA

21.03.2014 | 4236 dəfə oxunub

Azərbaycan Kubokunda "Xəzər Lənkəran"a məğlub olaraq turnirlə vidalaşan "Araz Naxçıvan" 9 ay ərzində yaranmasına baxmayaraq, azarkeşlərin rəğbətini öz oyunu ilə qazanmağı bacarıb. I divizionun lideri olan komanda artıq bütün diqqətini çempionata yönəldib və çempionluq yolunda martın 22-də MOİK-i sınağa çəkəcək. Oyundan öncə "qırmızı-ağlar"ın aparıcı futbolçularından olan Azər Məmmədov geridə qalan "Xəzər Lənkəran" matçını və qarşıdakı oyunları dəyərləndirib:
 
"Kubokda bu mərhələyə kimi yüksəlməyimiz bizim üçün uğurlu nəticədi. Öz meydanımızda yaxşı oynadıq. Etiraf edim ki, həmin görüşdə azarkeşlərimiz bizə mükəmməl dəstək oldular. Görüş ərzində imkanlaımız oldu, lakin bundan yararlana bilmədik. Əslində, 1:1 hesablı nəticə bizim üçün pis deyildi. Rəqibin çətin olmasına baxmayaraq, Lənkəranda sonadək vuruşduq. İlk hissədə buraxdığımız qol turu keçməyimizə maneçilik törətdi. Halbuki, həmin qoldan sonra 2-3 epizoddan yararlana bilərdik. Ancaq alınmadı. Bundan sonra bütün diqqətimizi çempionat oyunlarına yönəldəcəyik və çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Lider olmaq asan olduğu qədər, bu liderliyi qorumaq bir o qədər də çətindi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail