"Araz Naxçıvan" "Xəzər Lənkəran"a təşəkkür etdi

21.03.2014 | 3973 dəfə oxunub

"Xəzər Lənkəran"la ölkə kubokunun 1/4 final mərhələsində keçirilən oyundan öncə və sonra Lənkəran klubunun rəhbər şəxslərinin "Araz Naxçıvan" göstərdiyi diqqət Muxtar Respublika təmsilçisi tərəfindən alqışla qarşılanıb. Stadium.az xəbər verir ki, oyundan iki gün öncə Lənkərana yollanan "qırmızı-ağlar" yerli klubun nümayəndələri qarşılayıb.

Həmçinin, oyundan sonra hər iki komandanın rəhbərliyi, məşqçiləri və futbolçuları üçün ziyafət də təşkil olub. "Araz Naxçıvan"ın icraçı direktoru Orxan Cabbarov klubun rəsmi saytı vasitəsilə "Xəzər Lənkəran" rəhbərliyinə minnətdarlığını bildirib: "İlk olaraq,"Araz Naxçıvan" adından dünya azərbaycanlılarını Novruz Bayramı münasibətilə təbrik edirəm. Elə alındı ki, bu bayramı Lənkəranda keçirməli olduq. Ancaq "Xəzər Lənkəran" rəhbərliyi bizə həmin bayram ərəfəsində elə diqqət ayırdılar ki, özümüzü evdəki kimi hiss etdik. İlaxır çərşənbəsində klubumuzu yalnız qolmadılar, yerləşdiyimiz otel təşrif buyurdular və bu qarşılanma bizləri çox sevindirdi. Başda Mais Mənsimov olmaqla, bütün klub rəsmilərinə öz təşəkkürümü bildirirəm. Doğrudanda da, belə görüşlərdə qalib gəlmək və ya məğlub olmaq böyük önəm kəsb etmir, sadəcə klublar arasında belə münasibətlərin olması çox sevindirici haldı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail