"Blayevskinin “Xəzər Lənkəran”a keçidini çoxları başa düşmədi" AÇIQLAMA

21.03.2014 | 4511 dəfə oxunub

 

“Xəzər Lənkəran”ın qış fasiləsində heyətinə qatdığı oyunçulardan biri Deyan Blayevski oldu. Cari mövsüm Makedoniya yüksək liqasında bombardirlik keyfiyyətlərini göstərən yarımmüdafiəçi “Turnovo”dan transfer edildi. Bunun üçün “Xəzər” makedon klubuna nə az, nə çox 400 min avro ödəməli oldu. Təbii ki, Mustafa Dənizli Blayevskinin transferində önəmli rol oynayıb. Türk mütəxəssis özü makedonu bəyənərək, transfer edilməsini istəyib.

 

“Turnovo”nun bu mövsüm yeganə “qol silahı” olan Blayevski “Qarabağ”la matçda debüt etdi. Onun “Xəzər Lənkəran”a keçidi Makedoniyada normal qarşılanmayıb. Bu barədə Makedoniya futbolunun tanınmış simalarından olan Nderim Necipi Sport Favorit-ə açıqlamasında bildirdi. Almaniyada “Herta”, “Volfsburq”, Belçikada isə “Liers” kimi klublarda oynadıqdan sonra 2011-ci ildə “Qarabağ”a gələn makedon futbolçu burada yalnız bir mövsüm tab gətirə bildi. Rumıniyanın “Vasluy” klubundaki qısamüddətli məcaradan sonra ölkəsinə “Şkendiya”ya dönən Necipi Blayevskinin “Xəzər”ə keçidini başa düşmür: “Deyan əla oyunçudu. Qol vurmaq qabiliyyəti həqiqətən də güclüdü. Cəld və sürətli oyunçudu. Səhv etmirəmsə, 15-dən çox qol vurmuşdu bu il “Turnovo”da. Bombardirlə siyahısında birinci yerdə olmalı idi. İndi Krste Velkoskinin Blayevskini ötmək şansı var(gülür). O, kimdi? “Rabotniçki”də çıxış edir. Bombardirlik sırasında ikinci yerdə idi. Mənim dostumdu. Blayevskinin “Xəzər Lənkəran”a keçidi mənə çatmadı. Düzdü, əla oyunçudu. “Xəzər”ə də kömək edər. Amma qışda və hazırki dövrdə “Turnovo”nu tərk etməsini anlamadım. Düzdü, bəlkə də yaxşı pul təklif ediblər. Hər halda o, çempion olub yayda da gedə bilərdi. Amma görünən budu ki, onun üçün ən doğrusu indi getmək imiş. Klubu da buraxıb. Makedoniyada bu xəbəri hamı eşidib. Bəlkə də çoxları mənim kimi başa düşmədi Blayevskinin “Turnovo”nu tərk etməsini. Ancaq hamı onun uğurunu istəyir və buna inanır. Makedoniya mətbuatında da oxudum ki, “Xəzər Lənkəran”a getməyi ona Nikola Qliqorov məsləhət görüb. Yaxşı edib. Nikolanın yerində mən olsaydım, yenə o cür məsləhət görərdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail