Syomin: "İnter”in qələbəsi qanunauyğun oldu"

23.03.2014 | 4398 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin bu gün Topaz Premyer Liqasında “İnter”ə 1:4 hesablı ağır məğlubiyyəti şərh edib. Stadium.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Syomin bildirib ki, rəqibləri onları bütün göstəricilərdə üstələyib: “İnter”in qələbəsi qanunauyğun oldu. Bizim oyunumuz heç cür alınmadı. Bunun  səbəblərindən biri əsas heyətdən bir neçə müdafiəçinin olmamasıdır. Bu dəfə rəqibə qarşı müdafiədə etibarlı oynaya bilmədik. Bundan əlavə “İnter” kubok oyunundan sonra fiziki baxımdan bizdən daha güclü oldu. Gənc futbolçulara şans verməli olduq”.

Bir vaxtlar “İnter”də oynamış müdafiəçiləri Vladimir Levinin birinci hissədə erkən əvəzlənməsi haqda suala rusiyalı mütəxəssis belə cavab verib: “Bu əvəzetmənin onun nə vaxtsa “İnter”də oynaması ilə bağlılığı yoxdu. Sadəcə, bizə qələbə lazım idi. Hesabda geri düşdüyümüz üçün Levinin yerinə Leonardo da Silvanı buraxdım. Amma o ümidləri doğrultmadığı üçün ikinci hissədə əvəzlədim”.

İstefa verməsinin mümkünlüyü haqda sualı Syomin belə cavablandırıb: “Bu, klub rəhbərliyinin qərarından asılıdır”. Bundan sonra isə Syomin jurnalistlərə sual verib: “Siz mənim istefamı istəyirsiniz? Ötən ilki “Qəbələ” ilə indikinin hansı pillələrdə olduğunu müqayisə edin. Uğursuzluq var. Biz də bunun səbəbini axtarırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail