Azərbaycan kubokunun final matçının stadionu açıqlandı

24.03.2014 | 4053 dəfə oxunub

Futbol üzrə Azərbaycan kubokunun final matçı yenə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu barədə Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov bildirib.
 
Lakin İsmayılov mayın 22-də təşkil olunacaq qarşılaşmanın başlama saatının hələ müəyyənləşmədiyini əlavə edib. Direktor deyib: “Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hələ bir ay öncə ölkə kubokunun final matçını bizim stadionda keçirmək istədiklərini bildirmişdi. Həmin vaxt mən ona demişdim ki, bu oyun mayın 28-də olsa, arenamızda təşkili mümkün olmayacaq. Çünki mayın 29-dan iyunun 2-dək stadionumuzda atletika üzrə gənclər arasında Avropa çempionatı keçirilməlidir. Qitə birinciliyindən bir gün öncə Azərbaycan Kubokunun final matçının da təşkili bizə problemlər yarada bilərdi. Amma milli komandamızın ABŞ-la mayın 27-də yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşdikdən sonra final görüşü 6 gün əvvələ çəkildi. Bu isə bizim iş planımıza uyğundur. Mayın 22-də stadionumuzda oyun keçirməkdə problem yoxdur”.
 
Qeyd edək ki, hələlik Azərbaycan kubokunun finalçıları müəyyənləşməyib. Aprelin 16-da və 24-də keçiriləcək ilk və təkrar yarımfinal oyunlarında “Neftçi” “Rəvan”la, “Qəbələ” “Xəzər Lənkəran”la üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail