"Qəbələ" "Lion"la yoldaşlıq oynayacaq

25.03.2014 | 3757 dəfə oxunub

"Qəbələ" Futbol Akademiyasının məşqçilər heyətinin nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə Fransanın "Olimpik" (Lion) klubunun düşərgəsində olması ilə bağlı xəbər vermişdik. Səfərin təfərrüatları barədə gabalafc.az-a açıqlama verən nümayəndə heyətinin rəhbəri Stenli Brard məşqçi heyətinin Fransada yararlı təcrübə keçdiyini söyləyib.


Hollandiyalı mütəxəssis səfərin məqsədi barədə danışıb: "Hər şey planlaşdırdığımız kimi alındı. Bizi Lionda çox yaxşı qarşıladılar. Klubun bazası, əsas komanda və müxtəlif yaş qrupları ilə yaxından tanış olmaq imkanı yaratdılar. Bildiyiniz kimi "Olimpik" klubu aşağı yaş qruplarının inkişafında, futbolçu yetişdirilməsində böyük təcrübəyə malikdi. "Olimpik" Futbol Akademiyasının yetrimələri əsas komanda ilə yanaşı, Avropanın bir sıra klublarında top qovurlar. Klub çox gözəl infrastruktura malikdi. Onların gənc futbolçuların inkişafı istiqamətində çox yararlı fikirləri və planları var. Səfərimizin məqsədi də bütün bu sadaladıqlarımı əyani olaraq görmək, tanış olmaq və bunlardan yararlanmaq idi. Bu baxımdan səfər nümayəndə heyətimiz üçün xeyirli oldu". 


Səfər zamanı baş tutan görüşlər barədə məlumat verən Brard "Olimpik"lə əməkdaşlığın gələcək perspektivlərindən danışıb. O, məşqçilərin səfərdən razı qaldıqlarını da söyləyib: "Səfər müddətində "Olimpik"in baş məşqçisi Rene Qard, klub prezidentinin müşaviri, Fransa futbolunun əfsanəsi Bernar Lyakomb və Akademiya direktoru Stefan Roşe ilə görüşlər keçirdik. Sözügedən toplantılarda klubun tarixi, inkişaf yolu və hazırda apardığı islahatlar barədə müzakirələr aparıldı. Çox maraqlı görüşlər keçdi və biz bir çox yeniliklərlə tanış olduq. Eyni zamanda klublar arasında münasibətlərin gələcək perspektivləri barədə də söhbətlərimiz oldu. Bu il "Olimpik"in 15 yaşadək futbolçulardan ibarət komandası təqvimin sıxlığına görə Qəbələ Kubokunda iştirak edə bilməyəcək. Amma gələn il onlar turnirdə yer almaq istəyirlər. Bundan əlavə müxtəlif yaş qrupları üzrə komandalarımız arasında yoldaşlıq oyunları da planlaşdırılır. Məşqçilərimiz akademiya komandalarının hazırlıq proseslərini izlədilər, məşqlərdəki fərqli və bənzər cəhətləri müşahidə etdilər. Futbolçuların fiziki və texniki baxımdan bizim futbolçularla fərqlərini gördülər. Ümumilikdə məşqçilərimiz səfərdən çox razı qaldılar".


Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə “Qəbələ” Furtbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard  və onun müavini Nail Kərimov, eləcə də akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov (U-17), Zaur Hacıyev (U-16), Hüseynqulu Quliyev (U-15) və Xaqani Məmmədov (U-14) daxil edilmişdilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail