"Vaqif Sadıqovun işinə qarışmaq düz olmazdı" AÇIQLAMA

26.03.2014 | 4044 dəfə oxunub

AZAL rəhbərliyi bir müddət öncə istefa verən Vaqif Sadıqovun onlar haqda səsləndirdiyi ittihamlara münasibət bildirib. "Təyyarəçilər"in vitse-prezidenti Fikrət Hüseynov açıqlamasında Sadıqovun onların ünvanına işlətdiyi ifadələrə cavab verib. "Bizim rəhbərlik heç vaxt baş məşqçinin işinə qarışmayıb. Axırda onun nəticələrinə baxıb qiymət vermişik. Çempionat gedə-gedə Vaqif Sadıqovun işinə qarışmaq düz olmazdı".Sadıqov mətbuata müsahibəsində xəyanəti qəbul edə bilmədiyi üçün klubdan ayrıldığını bildirmişdi. Həmin fikirlər haqda da danışan Hüseynov Sadıqov işlədiyi vaxtda heç bir məşqçi ilə danışıq aparmadıqlarını söyləyib: "Xəyanətə gəlincə, guya biz Tərlan Əhmədola artıq danışmışıq. Bu, düzgün ifadə deyil. Biz "Neftçi" ilə oyundan 1 gün əvvəl Əhmədovla söhbət eləmişik. O da fikirləşib, oyundan sonra öz razılığını verib".Vitse-prezident Sadıqovun vaxtından əvvəl istefaya göndərilməsini belə izah edib: "Potensial tükəndi, komandada ruh düşkünlüyü yarandı. Bütün bunları rəhbərlik görürdü. Bundan sonra oturduq, söhbət elədik, ortaq məxrəcə gəldik"."Aşağı pillədə qərarlaşmış və iddiasını itirmiş bir komandadan sona 11 tur qalmış avrokuboklara vəsiqə qazanmasını tələb etmək nə dərəcədə düzgün idi" sualına isə Hüseynovun cavabı belə oldu: "Biz Avroliqaya düşməyi hələ mövsümün əvvəlində onun qarşısına şərt kimi qoymuşduq. Vaqif Sadıqov bizimlə ikiillik müqavilə bağlamışdı. Birinci sezonda komandanı tanımalı, heyəti formalaşdırmalı idi. İkinci mövsüm öncəsi keçirilən iclasda isə qarşıya Avroliqaya düşmək hədəfi qoymuşduq. 2-ci, 3-cü dövrədə iddiamızı davam etdirirdik. Çünki arada elə böyük xal fərqi yox idi. Yəni, həmişə deyirdik ki, Avroliqaya vəsiqə qazanmalıyıq". 

sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail