Braziliyalı "Qəbələ"dən ayrılacaq

27.03.2014 | 3566 dəfə oxunub

Qış fasiləsindən sonra bərbad çıxışı ilə diqqət çəkən "Qəbələ"də "yarpaq tökümü" başlayır. Artıq əyalət təmsilçisinin heyətindəki legionerlərdən biri komandadan ayrılmaq qərarına gəlib. Bu, son günlər Yuri Syomin və futbolçularla yola getməyən Leonardo da Silvadı. Marat İzmayılovun yersiz transferindən sonra ehtiyat oyunçular skamyasına məhkum olan braziliyalı yarımmmüdafiəçi artıq "Qəbələ"də qalmaq istəmir. Premyer Liqanın son turunun "İnter"lə oyununda meydana daxil olduqdan 19 dəqiqə sonra əvəzlənməsi onun istəyini bir qədər də artırıb. Bu barədə Leonardo özü məlumat verib. 22 yaşlı futbolçu bildirib ki, artıq pis günləri geridə buraxmaq istyərir: "Bəli, "Qəbələ"dən ayrılıram. Artıq pis günlərim geridə qalmaq üzrədi. Bundan sonrası Allahın əlindədi". Qeyd edək ki, da Silva yayda Syominin istəyi ilə Donetsk "Metallurq"undan transfer olunmuşdu. Leo "Qəbələ"nin heyətində 25 oyun keçirib və 7 qol vurub. 

sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail