"AFFA-dan dəvət gəlsə, gəlib milli komandada oynayaram" MÜSAHİBƏ

27.03.2014 | 6939 dəfə oxunub

"Kuban"ın yetirməsi olan, hazırda "Torpedo"(Armavir) forması geyinən Təvəkkül Məmmədovu tapdıq. Gəncədə dünyaya göz açan 21 yaşlı həmyerlimiz müsahibə verdi.

 

- Öncə səni yaxından tanıyaq...

- Məmmədov Təvəkkül Sahib oğlu. Gəncə şəhərində anadan olmuşam. Sonradan atamın işləri ilə əlaqədar olaraq, Krasnodara köçmüşük. Ailəmiz yeddi nəfərdən ibarətdi. Valiydenlərim, dörd qardaş və bacım. Ailənin ən kiçiyi mənəm. Altı yaşımda məni “Kuban”ın uşaq futbol məktəbinə yazıdırıblar. Həmin məktəbi bitirdikdən sonra əvəzedici heyətə cəlb edildim. Meydana çıxdığım üçüncü oyunda bir qol vurub, bir də assist etdim. Bununla da əsas komandanın baş məşqçisi Dan Petresku mənim oyunumu gördü və dəvət göndərdi. Məhz həmin oyundan sonra əsas komanda ilə məşq etməyə başladım. Ardınca Rusiya yığma komandasına cəlb edildim. Çində keçirilən universiadanı nəzərdə tuturam. “Kuban”la tələbələr arasında dörd dəfə Rusiya çempionu olmuşam. Çindən gələndən sonra “Torpedo”ya icarəyə verildim.


- Bura qədərini başa düşdük. Amma bir məsələ var ki, bizim üçün çox maraqlıdı. “Kuban”ın əsas komandasıyla təlim-məşq toplanışına getmişdin. “Panduri”yə vurduğun möhtəşəm qol da yadımızdadı. Həmin vaxtdan sonra səni əsas komandada görə bilmədik. Nə baş verdi? 

- Tələbələr arasında Rusiya yığmasına cəlb edildim. Yığma komandanın heyətində İspaniyaya yollanmışdım. Ona görə.


- Krasnodarda çoxlu ermənilərin yaşadığını bilirik. Bəlkə “Kuban”ın əsas komandasından uzaqlaşdırılmağında ermənilərin əli var idi?

- Düzdü, qardaş. Ola bilər.


- Qayıdandan sonra necə oldu?

- Təlim-məşq toplanışında bütün oyunları oynadım. Əsas komandanın iştirak ərizəsinə də daxil edildim. Amma sonradan “Torpedo”ya icarəyə veriləndə müqaviləni pozdum.


- Bəs indi hansı klubun futbolçususan?

- Heç bir. Azad agent statusu daşıyıram.


- Rusiyada hansısa klublardan təklif almısan?

- Hə, var. Amma “Torpedo”nun prezidenti xahiş etdi ki, yaya kimi oyna. Mən də qaldım.


- Azərbaycan klublarından necə, səninlə maraqlanan olmuşdu?

- Bir vaxtlar olmuşdu. Amma “Kuban” məni buraxmadı.


- Hansı komanda?

- “Sumqayıt”. Tələbələrdən ibarət Rusiya milli komandasının heyətində Türkiyədə Azərbaycana qarşı oynamışam. Orada baş məşqçi Rasim Abışov mənim oyunumu bəyənmişdi. Onunla tanış olduğuma görə şadam. İndi axtarıram onu. Çox yaxşı insandı. O, nə demişdisə, elə də oldu.


- Nə dedi ki sənə?

- Dedi, Rusiyada sənə dəstək olmayacaqlar. Azərbaycana getməyimi məsləhət gördü.


- İndi peşmansan gəlmədiyinə görə?

- Yox, peşman deyiləm. Allah böyükdü, qismət necədisə, elə də olacaq.


- Çoxdandı ermənilərin çox olduğu bölgələrdə oynayırsan. Nəyə görə?

- "Torpedo” “Kuban”ın farm klubu kimidi.


- Ermənilərin içində oynayırsan, özünü narahat hiss etmirsən?

- Bilirəm. Amma mən bura futbol oynamağa gəlmişəm. Mənim üçün fərqi yoxdu, komandadakılar kimdi. Heç kim mənə toxunmur, mən də toxunmuram. Təbii ki, mən Azərbaycanda doğulmuşam və azəriyəm. Ömür boyu belə olacaq.


- Xocalı hadisəsi haqda bilgin var?

- Əlbəttə.


- Bax, həmin gün nə etdin? Ermənilər həmin gün sənə sataşmadı ki? Onlara başa salmısan ki, Xocalı terror hadisəsidi və bunu ermənilər edib. Yoxsa, heç belə söhbət etməmisən.

- Açığını deyim də, qardaş. Burada elə söhbətlər heç yoxdu. Hərə öz işi ilə məşğul olur. Təbii ki, hansısa erməni, ya digər bir millətdən olan şəxs mənim millətim və dinim haqda artıq danışarsa, onun cavabını elə yerindəcə verərəm.


- Deyirsən heç Qarabağ müharibəsindən də söhbət düşməyib? Nə vaxtsa ermənilərlə mübahisən olub?

- Söhbətimiz düşüb. Amma sizi inandırım ki, özləri də bu məsələyə həssas yanaşır. Ermənilər özü də deyir ki, nə qədər günahsız insanlar qırılıb. Onlar da deyir ki, heç erməni xalqı da bu müharibəni istəməyib. 


- Belə başa düşdüm ki, ermənilərin sənə olan münasibəti yaxşıdı...

- Qardaş, mənim üçün əsas ailəm və millətim maraqlıdı. Qalanı havayıdı.


- "Kuban”ın əsas komandasında niyə möhkəmlənə bilmədin? Konkret cavab istəyirəm səndən...

- Sözün düzü, gördüm ki, burada ancaq öz millətlərini qabağa çəkirlər. Ona görə də məni qabağa çəkən olmadı.


- Bəs indi nə etmək istəyirsən? Azərbaycana gələrsən?

- İnşallah, təklif olsa, gələrəm.


- “Kuban”da və ya “Torpedo”da səndən savayı, azərbaycanlı oyunçu var?

- Yox.


- Ermənilərdən xəyanət görmüsən?

- Yox.


- Onlardan kiminləsə dostluq edirsən?

- Yox, qardaşım. Mənim tək dostum Allahım, düşmənim nəfsimdi.


- Ailədə sənə dəstək olanlar var?

- Hamı. Bizim ailəmizdə hamı futbol fanatıdı. Əsasən də atam.

 

- Hansı kluba azarkeşlik edirsiz?

- Sözün düzü, “Qalatasaray” azarkeşiyik. Azərbaycanda isə “Qarabağ”a azarkeşlik edirik.


- Çempionatımızı izləyirsən?

- Bəli.

 

- Ümumi fikrin nədi?

- Çempionatın səviyyəsi yaxşıdı. Ölkə prezidentinin diqqəti sayəsində daha yaxşı olacaq.


- AFFA nə vaxtsa sənə təklif göndərib?
Yox.


- Türkləri gətirib yığırlar milliyə. Səni necə tapmayıblar?
- Nə bilim. Amma çağırsalar, gəlib oynayaram. Fəxr edərəm ki, millimizdə oynayıram.

sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail